İlham Əliyev hər zaman aşağıladığı Fransa prezidenti Emmanuel Makronun çağrışı ilə Kopenhagendə təşkil edilən “Avropa Siyasi Birliyinin” sammitində iştirak etmək üçün Danimarkadadır.
Dünən də Bakıda İtaliya Azərbaycan univeristetinin açılşını ediblər İtaliya prezidenti ilə.
Çox deyirdik Azərbaycan Avropaya inteqrasiya etməlidir. Nəhayət, İlham Əliyev başa düşüb ki, Azərbaycanın xilası Avropadadır.
Amma bu biz düşündüyümüz inteqrasiya deyil.Xam xəyallara düşməyək.
İlham Əliyev məcburiyyətdən, öz ailə hakimiyyətinin ömrünü uzatmaq üçün bu şəkildə davranmağa məcbur qalıb. Çünki ölkə iqtisadiyyatı tam olaraq Avropadan asılıdır.
Xarici ticarət dövriyyəsinin 70%-i, İlham Əliyevin satdığı neftin-qazın 90%-nin idxalatçısı məhz Avropadır.
Rusiya əridikcə İlham Əliyev üzünü Qərbə turmağa məhkumdur. Çin uzaqdır və qulağının dibindəki Nepal hakimiyyətini qoruya bilmədi.
Belə olan halda isə, Qərb təkcə iqtisadi məsələləri deyil, insan haqqları və demokratiya ilə bağlı tələbləri də, sülhlə bərabər masaya çəkməlidir.
Yoxsa Cənubi Qafqaz heç bir halda Avropa siyasi məkanında yer almayacaq. Rusiya sonradan özünə gələndə – 1920-ci, 1993-cü ildəki kimi yenidən Azərbaycanı öz təsir dairəsinə keçirəcək tam olaraq.
Əslində elə indi də, Azərbaycan böyük ölçüdə Rusiyanın nəzarətindədir, hələ də Azərbaycan höküməti Rusiya höküməti ilə müttəfiqdir. Ölkədə rus beşeinci kolonu at oynadır.
Yəni Avropa Cənubi Qafqazda, xüsusən, Azərbaycanda sabit bir düzən, maraqlarının təmin olunmasını istəyirsə, buradakı Rusiyadan asılı, demokratiyadan və azadlıqlardan uzaq avtoritar və monarxiya rejimləri ilə bağlı problemlərini həll etməlidir.
Yoxsa bu sayaq münasibətlərin heç bir gələcək prespektivi olmayacaq. Necə ki, tarix bunu dəfələrlə sübut edib.
Qulu Məmmədli