18 C
Bakı
02 Oktyabr 2025 16:35
CəmiyyətGündəm

ABŞ senatoru həbsdə olan siyasi məhbus – jurnalist Ülviyyə Əliyə məktub yazıb.

ABŞ Senatının xarici əlaqələr komitəsinin üzvü, senator  Cen Şahin (Jeanne Shaheen) «Meydan TV işi» üzrə həbs olunmuş jurnalist Ülviyyə Quliyevaya (Əli) məktub yazıb.

Senator məktubunda yazıb ki, Ülviyyə Əli də daxil olmaqla Azərbaycanda siyasi məhbus kimi tanınan bütün şəxslərin məsələsi onun üçün prioritet olaraq qalır.

“Sənin işinlə bağlı səsimi mümkün qədər hər yerdə qaldıracağam və azadlığa buraxılmağın üçün iş aparacağam”, – deyə senator məktubunda yazıb.

Ülviyyə Əli (Quliyeva) mayın 7-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

2025-ci il avqustun 28-də «Meydan TV işi» üzrə ittihamlar ağırlaşdırılıb və 7 maddə əlavə olunub. Bu iş üzrə Cinayət Məcəlləsinin 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri  ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Senator jurnalistin anasının “The Washinton Post” qəzetinə verdiyi müsahibəni oxuduğunu da qeyd edib.

O vurğulayıb ki, Ülviyyə Əlinin həbsi ərəfəsində jurnalist etikasına və həqiqətləri dilə gətirəcəyinə sadiq qalacağına dair verdiyi mesaj beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

Senator məktubunda jurnalistin vaxtilə çalışdığı Amerikanın Səsi radiosunun çətin dövrdən keçdiyini vurğulayaraq qeyd edib ki, media qurumunun fəaliyyətini davam etdirməsi üçün həmkarları ilə birlikdə əlindən gələni edəcək.

“Gün gələcək, azadlığa buraxılmağını qeyd etmək üçün səni ABŞ Senatına dəvət edəcəyik. O vaxtadək güclü ol və yadında saxla ki, sənin cəsarətin təqdirə layiqdir”, – senator məktubunda qeyd edib. *MeydanTV)

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Kiçik sərmayə ilə “Bitcoin” milyonçusu olmaq…

admin

Həkim olmayan şəxslər invaziv əməliyyat edirlər? – “Niyə məlumat verməliyəm ki?”

redaktor

İran və Rusiya bütün düşmənlərə qarşı qitələrarası planlar qurur: Əl əli yuyar, əl də üzü

redaktor