18 C
Bakı
02 Oktyabr 2025 14:45
DigərHadisə

“Dünən Bakıda İtaliya-Azərbaycan Universiteti açılıb” Cəmil Həsənli

Xeyirli-uğrlu, uzun ömürlü olsun. Açılış mərasimində İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Azərbaycanda rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella iştirak edib.

Uzun ömürlu olsun ifadəsini niyə yazdım? Çünki 2014-cü ildə Bakıda Fransız Liseyidə açılmışdı. Bu liseylə bağlı Fransa Prezidenti Nikola Sarkozinin Bakıya səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikasının Hökuməti və Fransa Respublikasının Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması haqqında” Saziş imzalanmışdı. Amma Azərbaycan – Fransa münasibətləri kəskinləşəndən sonra 2024-cü ildə Lesey bağlandı, şagirdləri də dərbədər oldu. Əlbəttə bu səhv bir addım idi. Şagird 7-8 il burada oxuyub. İndi siyasi mülahizələrlə birdən birə götürüb Liseyi qapadırsınız. 8 il fransız dilində təhsil alan şagirdələr nə etsinlər, ikinci fransız dilli bir məktəb yoxdur, onlar hara getsinlər?

İndi kim təminat verə bilər ki, hər hansı bənzər səbəb ucbatından İtaliya-Azərbaycan Universiteti eyni taleyi yaşamayacaq? Təhsil müəssisələri siyasi münasibətlərlə tənzim edilməməli, münasibətlərin pis və yaxşı olması ilə açılıb-bağlanmamalıdırlar. Şagird və ya tələbə Lisey və ya Universitetə qəbul olunubsa, oranı bitirməlidir.

Cəmil Həsənli

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Yanlış sünnət edilmiş azyaşlının atası danışdı: “Həkim özünü günahkar saymır” – VİDEO

redaktor

İsrail İranın iki qırıcı təyyarəsini məhv etdi

redaktor

Əri ilə dalaşan qadın ərini döyərək öldürdü.

admin