16 C
Bakı
01 Oktyabr 2025 20:58
DünyaMuharibəSiyasət

Rusiya üçün “qiyamət günü”nə saylı aylar qalır.

Bu günə durum belədir:

Rusiyada neft emalı gücü təxmini 38% azalıb, benzin qıtlığı 18%, dizel qıtlığı isə 20%-dir.

Fərqli regionlarda yanacaqdoldurma məntəqələri qarşısında uzun növbələrin şəkilləri və videoları yayılır, amma Moskvada hələ qıtlıq yoxdur.

Ən önəmli məqamı diqqətdən qaçırmamalıyıq. Zərbələr ancaq və ancaq dronlarla endirilir. Bir neçə ay qabaq Flamingo raketlərinin istehsalı başlayanda biz qeyd etmişik ki, yaxın aylarda bu raketlərdən istifadə olunmayacaq və bu səbəbsiz deyil.

Hal-hazırda Flamingo raketləri artıq istehsal olunur və istehsal gücü sürətlə artırılır. İstifayə hazır olan raketlər isə xüsusi və çox güclü müdafiə olunan yerlərdə gizlədilir.

Flamingoların istifadəsi üçün 2 faktor vacibdir:

1) Yetərli rezervlərin toplanması;

2) İstehsal gücünün yetərli səviyyəyə çatdırılması(subyektiv fikrimə görə gündə 7-8 raket bəs edəcək).

Bu 2 nəticə əldə olunandan sonra NEZ-lərə artıq dronlardan əlavə 1450 kq partlayıcı maddə daşıyan Flamingolarla zərbələri görəcəyik. Müqayisə üçün deyim ki, ABŞ istehsallı “Tomohawk”lar 480 kq partlayıcı maddə daşıyır.

Əgər indi Rusiya mühəndisləri müasir texnologiyaların mövcud olmadığına görə NEZ-ləri təmir edə bilmirlərsə, Flamingolarla zərbələrdən sonra ümumiyyətlə zərbə dəyən yerlərdə təmir üçün bir şey qalmayacaq.

Bir sözlə bizi möhtəşəm günlər, möhtəşəm görüntülər və möhtəşəm xəbərlər gözləyir. Azca səbr.

Kamran Cəfərov

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bu aviaşirkətin təyyarələrində peycerlər QADAĞAN EDİLDİ

redaktor

Ukraynadakı türk əsgərlərinə aid abidə bərpa olundu – VİDEO

redaktor

“Rusiya hazırda NATO-nun mənzil qərargahında olan Ermənistan müdafiə nazirinə kömək etməyəcək”

redaktor