17 C
Bakı
01 Oktyabr 2025 13:03
CəmiyyətKriminal

Ramiz Mehdiyevin dövründəki qanun pozuntuları hərtərəfli araşdırıldı

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020-23-ci illərdəki qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır.

Bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb:

“Məndə olan məlumata görə, artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. Zərurət olarsa, bu barədə əlavə məlumat verəcəyik”.

Xatırladaq ki, AMEA ilə bağlı xüsusilə külli miqdarda mənimsəmə faktı üzrə cinayət işinin başlanıldığı 2020-23-cü illərdə akademiyanın prezidenti Ramiz Mehdiyev olub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Filarmoniyada əməliyyat: həbs edilən var

admin

Keçmiş müsavatçı intihar etdi — FOTO

admin

Türkiyəyə gedənlərə ŞAD XƏBƏR: sağlamlığınızla bağlı…

redaktor