Dünyaİqtisadiyyat

Azərbaycanda broyler toyuqlarının istehlakı məhdudlaşdırılacaq?

Bir sıra qabaqcıl ölkələr insan sağlamlığına zərərli olduğu üçün broyler toyuqlarının istehlakına məhdudiyyətlər tətbiq edib. Maraqlıdır, bu proses gələcəkdə qlobal miqyasda tendensiyaya çevrilə bilərmi? Tacxeber.com xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hər bir ölkənin qərarı daxili siyasətindən asılıdır:

Bir sıra qabaqcıl ölkələr insan sağlamlığına zərərli olduğu üçün broyler toyuqlarının istehlakına məhdudiyyətlər tətbiq edib. Maraqlıdır, bu proses gələcəkdə qlobal miqyasda tendensiyaya çevrilə bilərmi?

Tacxeber.com xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hər bir ölkənin qərarı daxili siyasətindən asılıdır:

Buğda idxalının artması çörəyin qiymətinə necə təsir göstərəcək?

“Fermalarda bəslənən broyler toyuqları həyət toyuqlarına nisbətən daha zərərlidir. Onların qidalanmasında süni yemlərdən və müəyyən dərmanlardan istifadə olunur ki, bu da insan orqanizminə mənfi təsir göstərir. Məsələn, Kubada ümumiyyətlə broyler toyuqları qadağandır. Orada yalnız həyətlərdə bəslənən toyuqlardan istifadə edilir və bu toyuqlar şəhərlərə gətirilərək satılır”.

Ekspertin sözlərinə görə, bunun dünyada geniş yayılması üçün alternativ üsullar tətbiq edilməlidir:

“Orqanik toyuqların bəslənməsi sxemləri hazırlanmalı, əhalinin tələbatını ödəmək üçün geniş təsərrüfat sistemləri qurulmalıdır. Çünki broylerlərin istifadəsinin əsas səbəbi məhz insanların yüksək tələbatının həyət toyuqları ilə ödənilməməsidir. Ona görə də qlobal qadağa yalnız ölkələrin daxili qərarlarından asılı olacaq”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistanın sıradan çıxarılmış və qənimət götürülmüş silah-sursatları, texnikaları – TAM SİYAHI

redaktor

Sabah Tramp Nobel Sülh mükafatını ala biləcəkmi?

admin

ABŞ kəşfiyat strukturlarına inanmayan Tramp və çevrəsi Rusiya təbliğatının təsirinə düşüb.

admin