19 C
Bakı
30 Sentyabr 2025 12:31
CəmiyyətİqtisadiyyatŞikayət

Hörmətli məmurlar, zəhmət olmasa hesabat verin.

Hava Limanında taksi xidmətini AYNA-nın inhisara almağa cəhdi haqqında bir neçə dəfə yazmışdım, hətta Ombudsman Aparatı da çox doğru publik açıqlama verdi ki, AYNA Konstitusiyanı və Rəqabət Məcəlləsinin şərtlərini pozur.

AYNA isə cavab verib ki, “Taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur, qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır”.

Deməli, AYNA-nın müvafiq qurumu qiymət cədvəli çıxardır, taksilərə onların müəyyən etdiyi qiymətlərlə xidmət göstərməyi tələb edir, sonra da deyir ki, qiyməti tələb-təklif formalaşdırır. Belə ağ yalan insanın əlini üzündə qoyur.

Başqa bir məsələ də var – AYNA-nın digər qurumu, “AzParking” MMC şəhərdə parklanmaya görə vəsait toplayır. Bu günə qədər bir ayda, il ərzində nə qədər vəsait yığıldığını, toplanan vəsaitin hara xərcləndiyini açıqlamır. Hörmətli məmurlar, bu kommersiya sirri deyil, dövlət sirri heç deyil, vəsaiti məndən-vətəndaşdan toplayırsınız, zəhmət çəkin, hesabat verin!

Natiq Cəfərli

 

Tacxeber.com

Bizimlə əlaqə: Tacxeber.com

Oxşar xəbərlər

Binəqədi İcra Hakimiyyətinin baş məsləhətçisi milyonluq obyektə sahibdir –Fotofakt

redaktor

Ramin Dekonun həbs müddəti uzadıldı

redaktor

657 bal toplayan köçkün qız Qarabağ Universitetini seçdi

redaktor