19 C
Bakı
29 Sentyabr 2025 21:57
Cəmiyyət

Sumqayıtda “ən çox qızılı olan” başçı müavini – Fəzail Hüseynov haqda ŞOK FAKTLAR”

Söhbət Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Fəzail Hüseynovdan gedir. O Fəzail ki, bir vaxtlar icra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri işləyirdi. Elə o zamandan Dənizkənarı Bulvarı tikən sahibkarların pulunu verməyərək onları şərləyib həbsə atdırırdı. Hələ bu azmış kimi onlara “Sizin ağırlıqda qızılım var” deyərək hədə-qorxu gəlirdi. Ancaq nə o vaxt, nə də indi Fəzail Hüseynovdan o qızılları necə və hansı yolla əldə etdiyini soruşan olmadı. Hərçənd Adnan Əhmədzadə kimi dövlətin pullarını mənimsəyənlərin aqibəti Fəzail Hüseynovu və onun kimiləri də gözləyir. Sadəcə zaman məsələsidir.

Digər tərəfdən, başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəzail Hüseynovun İcra Hakimiyyətinin digər vəzifəli şəxsləri ilə qalmaqal yaşadığı da heç kimə sirr deyil. Zaman-zaman rəqiblərini sıradan çıxarmaq üçün müxtəlif kompramatları mediaya ötürməsi onu daha da məşhurlaşdırıb. Ancaq Fəzail Hüseynov “köhnə məmur” olmasına rəğmən hələ də jurnalistlərlə, “4-cü hakimiyyətin nümayəndələri” ilə ünsiyyət qurmağı bacarmayıb. Öz əvvəlki kobudluğu və fironluğu onu normal ünsiyyət qurmaq, media nümayəndəsinin sualını dinləmək qabiliyyətindən məhrum edib. Elə bunun nəticəsidir ki, özünü normal şəkildə təqdim edən jurnalistə, kobud formada “kimdir danışan” deyib dəstəyi asır. Ancaq Fəzail Hüseynov unudur ki, bu ölkədə Cənab Prezidentin ən çox etimad göstərdiyi, şəxsən müsahibə verdiyi şəxslərdir jurnalistlər. Üstəlik, Fəzail bəy unudur ki, o bir dövlət məmurudur və ölkə başçısının təbirincə desək, “Bütün məmurlar xalqın xidmətçisidirlər”. Xalqı narahat edən mövzularla bağlı sualları isə məmurlara ünvanlayan məhz jurnalistlərdir. Fəzail Hüseynov və onun kimilər media nümayəndələrinin suallarını cavablandırmağa sadəcə borcludurlar.

Qızılı, pulu, vəzifəsi olmaq, hələ “Burada mənəm, Bağdadda kor xəlifə” məsələni həyatına tətbiq etmək anlamına gəlmir Fəzail Hüseynov. Unutma ki, bu ölkənin və dövlətin sahibi var. Sizin kimi məmurlar isə gəldi-gedərdi. Bir vaxtlar “qılıncının dalı və qabağı kəsən” məmurların aqibətinin necə olduğunu bütün Azərbaycan xalqı görüb. Yaşasın Ali Baş Komandan, Prezident İlham Əliyev! (Konkret.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Qadınlar aqressiv kişiləri daha az intellektli HESAB EDİRLƏR – ARAŞDIRMA

redaktor

Bakı həbsxanasında üç məhbus dünyasını dəyişdi.

admin

Atası ilə eyni gündə dəfn olunan şəhidin övladı dünyaya gəldi

redaktor