Cəmiyyətİqtisadiyyat

Nazirlik: Tarif dəyişikliyi bəzi avtobuslara şamil edilməyəcək

Azərbaycanda ictimai nəqliyyatla bağlı oktyabrın 1-dən qüvvəyə minəcək yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.

Tacxeber.combu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq.

Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.

 

Tacxeber.com

Oxşar xəbərlər

Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

redaktor

Toylarla bağlı israfçılıq qadağası absurddur, bu, xəstəlikdir” – Fazil Mustafa

admin

Qanunla ödənişsiz verilməli dərmanlar vətəndaşlara pul ilə satılır? – AÇIQLAMA

redaktor