17 C
Bakı
29 Sentyabr 2025 06:26
DünyaGündəmSiyasət

Moldovanın RF üzərində qələbəsi oldu bu…

Moldovada keçirilən parlament seçkiləri başa çatıb. seçki məntəqələrinin 85%-dən çoxunun səslərinin hesablanmasından sonra prezident Maya Sandu ilə birləşən “Fəaliyyət və Həmrəylik partiyası mütləq şəkildə liderlik edir, indiyədək səslərin 45,6%-ni toplayıb.

İkinci yerdə isə, cəmi 27,8% səslə Moldovanın keçmiş prezidenti İqor Dodonun Rusiyayönlü Vətənpərvərlər Bloku qərarlaşıb. Kişinyov meri İon Cebanın rəhbərlik etdiyi Alternativ Blok 8,7% səslə üçüncüdür.

Hesab etmək olar ki, Moldovadakı parlament seçkilərinin taleyi həll olunub. Mümkünsüdür, qalan 15% səsin sayılması ilə Rusiyayönlü Dodonun bloku bu qədər çox səs fərqini aradan qaldıra bilsin. Ona görə də, avropayönlü Maya Sandunun partiyasını təbrik etmək olar. Rusiya, Putin Moldovada böyük məğlubiyyətə uğradı…

Ən son məlumata görə isə, ümumi nəticə üzrə Sandunun partiyası 49,6% səs toplayıb. Belə bir yüksək faizlə isə bu partiya parlamentdəki 101 yerdən 53 və yəqin ki, daha çox yer götürə bilir.

Bu o deməkdir ki, rusiyayönlü qüvvələrin bütün müqavimətinə və Rusiyanın özündən maliyyə axınına baxmayaraq, hakim avropayönlü partiya müstəqil hökumət qurmağa və lazımi qanunları qəbul etməyə davam edə biləcək. Yəni kimləsə koalisiyaya ehtiyacı olmayacaq və hökuməti də tam əlində saxlaya biləcək. Mütləq qələbədi bu.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

“Yatmaz Tirəxtur bayrağı!” Təbrizli “bozqurdların” qəhrəmanlıq hekayəsi – Yadigar Sadıqlı

admin

Selçuk Bayraktar “Forbes”in ən varlı adamları siyahısına düşdü

redaktor

Türkiyədə döyülən hakim karyerasını başa vurdu.

admin