30.4 C
Bakı
07 Avqust 2026 16:33
CəmiyyətGündəmSiyasət

Məhəbbət sözlə deyil, əməldə ölçülür, yoldaş Əliyev.

Dünən Gəncədə şəhid övladları ilə görüş zamanı gülümsəyən üzlər, əl sıxmalar və fotosessiyalar diqqət çəkirdi. Amma səhnənin arxasında reallıq tam fərqli idi: eyni şəxs öz övladlarını daha da varlandırmaq üçün çalışır, xalqın gündəlik problemlərini görməzlikdən gəlir və həmin gün avtobus və metro gediş haqlarını 10 qəpik artıraraq onsuz da ağır sosial vəziyyətdə olan insanları daha da sıxır.

Uşaq pulunu mənimsəyib öz övladlarını təmin edən şəxsin şəhid övladlarına göstərdiyi “məhəbbət” nə qədər inandırıcıdır? Məhəbbət sözlə deyil, əməldə ölçülür, yoldaş Əliyev. O uşaqlar və digərləri olmaqla çörək verən ata-analar var, sən isə onların həyatına ciddi zərbə vurursan.

Uşaqlara sığal çəkib fotolarda gülümsəmək yalnız teatrdır. Hər bir şəkil və gülüşün arxasında xalqın reallığı dayanır. Əgər əməllər insanlara fayda vermirsə, bütün bu səmimiyyət nümayişləri yalnız səhnə effekti olaraq qalır.

Bəhruz Əliyev

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Təmir bəhanəsi, əlavə ödəniş reallığı

redaktor

İrana qarşı 4-lü ittifaqın ilk addımı bu gün atılacaq: Ərdoğan Səudiyyə Ərəbistanına niyə getdi?

redaktor

İran rejiminin zirvəsində çatlar; Xamenei ailəsində qardaşlar üz-üzə

redaktor