21 C
Bakı
29 Sentyabr 2025 16:28
CəmiyyətSağlamlıq

Dünya ürək günü ürəkdən öldü… – Rəşad Mahmudov

29 sentyabr – dünya ürək günü.

Ürək-damar xəstəlikləri bu gün də qlobal miqyasda ən aktual sağlamlıq problemlərindən biridir. Həm qanunverici, həm də həkim olaraq inanıram ki, cəmiyyətimizin sağlam gələcəyi üçün profilaktika, erkən diaqnoz və sağlam həyat tərzinin təşviqi ən əsas şərtlərdəndir.

Tacxeber.com xəbər verir ki, bu sözləri tanınmış ürək cərrahı Rəşad Mahmudov qeyd edib.

O xatırladıb ki, bu gün tanınmış istedadlı sənətkarımız Cabir İmanov qəfil ürək tutmasından dünyasını dəyişdi:

“Bu və bunun kimi acı hadisələr bir daha göstərir ki, gənc və sağlam görünən insanlar belə ürək-damar xəstəliklərinin təhlükəsi altındadır.

Ona görə də hər bir kəs üçün mütəmadi tibbi müayinələr, sağlam həyat tərzi, zərərli vərdişlərdən uzaq durmaq, şəkərli diabet və təzyiq kimi risk faktorları ilə mübarizə həyati əhəmiyyət daşıyır.

Cabir İmanova Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm. Hər bir insana isə sağlam ürək və uzun ömür arzulayıram.

Əziz dostlar, dəyərli həmvətənlər!

Ürəyinizi qoruyun, çünki onun içində sevdikləriniz var”.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Namiq Qaraçuxurlu Foruma meyxana deməyə getmişdi?”- Əli Mirəliyev

admin

“Qadın gecə çölə çıxanda başqa cür yozulur” – Səmra

redaktor

“Evə pul gətirməsəm, analığım mənə çörək vermirdi”

admin