20 C
Bakı
28 Sentyabr 2025 15:39
DünyaTarix

Olimpiya çempionu, “Şərəf nişanı” ordeni kavaleri və… cinayətkar

Mixail Linge (soldan ikinci)

1980-ci il avqustun 1-də sovet dördlüyü – Remigius Valyulis, Mixail Linqe, Nikolay Çerneçki və Viktor Markin – 4×400 metr estafet qaçışında dramatik mübarizədə Şərqi Almaniya komandasını qabaqlayaraq qızıl medal qazanır.

Kaluqalı atlet Mixail Linqenin estafet dördlüyünə düşməsi tamamilə təsadüfi olmasa da, olduqca gözlənilməz idi. 21 yaşlı atlet SSRİ-də 400 metr məsafəyə qaçışın liderlərindən deyildi. Doğrudur, 1980-ci ildə qış çempionatında 400 metr məsafəyə qaçmaqda ölkə çempionu oldu. Amma bu uğurun əsas səbəbi o idi ki, daha güclü qaçışçılar turnirdə iştirak etmirdilər.
Linqe Olimpiadadan bir ay əvvəl milli komandaya ehtiyat üzv kimi daxil edildi və heç nə onun 4×400 estafetində iştirakını vəd etmirdi.
Amma dördlüyün üzvü Viktor Burakov 400 metr məsafəyə fərdi qaçışların yarımfinalında ayağının arxa əzələsini dartır və nəticədə thəm fərqi yarışlardan, həm estafetdən kənar qalır. Estafet finalında onu Linqe əvəz edir.
Final qaçışında birinci qaçan Nikolay Çernetski öz məsafəsiniı 5-ci bitirdi. Estafet çubuğunu alan Linqe sürətlə liderliyə yüksəlsə də, sonda 2-ci bitirdi. Remiqius Valyulis Şərqi Almaniya təmsilçisini azca qabaqlayaraq çubuğu birinci ötürdü. 400 metrə fərdi qaçışda artıq olimpiya çempionu olmuş Viktor Markin bu üstünlüyü əldən vermədi və SSRİ komandası çempion oldu (bu məsafədə ənənəvi ən güclü olan ABŞ turniri boykot edirdi).
Olimpiadadan iki həftə sonra Mixail Linqe evlənir, 1981-ci ildə oğlu dünyaya gəlir. Olimpiada çempionlarına mənzil vəd edilsə də, Linqe də daxil bir çoxlarına verilmədi. O, Moskvada kirayədə yaşayırdı. Yarışlarda xüsusi uğur qazanmırdı.
1982-ci il martın 11-də Linqenin idarə etdiyi QAZ-24 avtomobili sərnişin avtobusu ilə üz-üzə toqquşur (xoşbəxtlikdən avtobus boş idi). “Volqa”nın sərnişinləri və sürücüsü ağır yaralanır. Məhkəmə Linqeni günahkar sayır, ancaq ali idman rəhbərliyinin müdaxiləsi onu ağır cəzadan xilas edir, nəticədə 3 il şərti məhkumluq alır. Zədə üzündən idman karyerasına son qoymaq məcburiyyətində qalır.
Dolanışıq dərdi çəkən olimpiya çempionu cinayət yoluna yuvarlandı. Qanunsuz valyuta alveri zamanı “qat vurmaq” fəndinə mükəmməl yiyələnərək Moskvada kifayət qədər tanınmış “fəal” oldu. Amma tezliklə həbs edildi.
İstintaq təcridxanasında olarkən Linqe uğurlu qaçış edir. Amma iki gün sonra qeyri-leqal həyatın mənasız olduğunu anlayıb təslim oldu. Məhkəmə hökmü ilə 9,5 il həbə məhkum edilir. Həbsxanada cəza çəkərkən tikinti texnikumunu bitirir.
1990-cı ildə vaxtından əvvəl azadlığa buraxılan Linqe Kaluqaya qayıdaraq tikinti profilli özəl müəssisə yaradır. Əvvəlcə hər şey yaxşı gedirdi, biznesi sürətlə böyüyürdü. Amma vaxtilə dələduzluq edən çempion bu dəfə özü dələduqluğun qurbanı olur. Bütün pulunu qoyduğu layihə saxta çıxır və Linqe xeyli borca düşür.

35 yaşlı Mixail Linqe 1994-cü il fevralın 4-də öz evinin blok girişində başı əzilmiş halda tapıldı. Olimpiya çempionunu, çox güman, borclarına görə öldürmüşdülər. Amma qatil tapılmadı.

Hazırladı: Yadigar Sadıqlı

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Türkiyədə bu ərazilərdə internet və telefon danışığı pulsuz oldu

redaktor

Adnan Oktar iki cinayətdən bəraət aldı: “Qadınların mənə olan sevgisi çox qısqanıldı”

redaktor

Dünənki görüş necə keçdi?

admin