4 C
Bakı
11 Fevral 2026 20:33
CəmiyyətDigərDünya

“Instagram” və “Facebook”da ödənişli dönəm başladı

Sosial media nəhəngi Meta “Facebook” və “Instagram” platformalarında reklamsız abunəliyə başlayır.

Tacxeber.com xəbər verir ki, önümüzdəki həftələrdə İngiltərədə satışa çıxarılacaq bu yeni modellə istifadəçilər reklamsız təcrübə üçün ödəniş edə biləcəklər.

İstifadəçilər reklamsız istifadə üçün ödəniş etməyi və ya pulsuz davam edərək reklamlarla qarşılaşmağı seçə bilərlər.

Önümüzdəki həftələrdə tətbiq olunacaq sistem iOS və Android istifadəçiləri üçün ayda 3,99 funt (təxminən 9.09 AZN), internet abunəçiləri isə ayda 2,99 funt (təxminən 6.81 AZN) ödəyəcəklər.

Abunəlik almayan istifadəçilər proqramlardan pulsuz istifadə etməyə və reklamlarla qarşılaşmağa davam edəcəklər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tramp 27 yaşlı xanımı Ağ Evin mətbuat katibi təyin edəcək

redaktor

Kreml “siz miqrantların pul köçürmələrindən asılısınız” tezisi ilə şantaj edir.

admin

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

admin