20 C
Bakı
28 Sentyabr 2025 18:15
DünyaSiyasət

Ərdoğanın “saxta ricat” taktikası: Türkiyə prezidenti ABŞ-lı həmkarının qarşısında niyə susdu?

Türkiyə mediasında Rəcəb Tayib Ərdoğanın BMT Ali Assambleyası çərçivəsində ABŞ-a səfəri və həmkarı Donald Trampla görüşü barəsində bir-bir ilə daban-dabana zidd iki fərqli mövqe ortaya qoyulur. Ərdoğanın müzalifləri onu niyə Trampın adamlarının və özünün ağzının payını vermədiyinə görə qınayırlar. Yandaş media isə Türkiyə prezidentinin əsrarəngiz uğurundan bəhs edirlər. Fikrimcə, hər iki tərəf vəziyyəti şişirdərək kütləyə çatdırırlar.

Cənab Ərdoğanın Trampla görüşündə ortaya qoyduğu əsrarəngiz diplomatik uğurdan danışmaq, məncə, mübaliğəli yanaşmadır. Əksinə, hesab edirəm ki, görüşdən bir gün qabaq onun “Fox News”ə verdiyi müsahibədə rəqiblərinin hazırladığı məkrli bir təxribat var idi. Nə yazıq ki, Türkiyə prezidenti bu tələyə düşdü və Trampla potensial qovğaya şərait yaradan açıqlamalar verdi. Türkiyə prezidenti müsahibəsində ABŞ-lı həmkarının 7 ayda 7 müharibənin bitirməsi iddiasını şübhə altına alaraq “Hanı Qəzzada müharibə bitdimi? Yoxsa Ukraynadamı bitib?” deyərək Trampın Nobel mükafatı röyalarına kabus qarışdırdı. Onun HƏMAS-ı fələstinlilərin milli azadlıq mübarizəsi kimi görməsi də həm Trampın, həm də sionist və evangelistlərin təbliğat tezistlərinə zidd mövqe idi. ABŞ dövlət katibi Makro Rubionun və ABŞ-ın Türkiyədəki səfiri Tom Barrakın ona verdikləri naxoş reaksiyalar özünü çox gözlətmədi. Rubio “Fox News”-a cavab mahiyyətli açıqlamasında Ərdoğanı nəzərdə tutaraq bəzi dövlət liderləri Trampla 5 dəqiqəlik görüş üçün az qala “yalvardıqlarını”, sonra da gedib orda-burda asıb-kəsmələrini bildirməsi diplomatik nəzakət sərhədlərini aşırdı. Tom Barak isə Trampın Ərdoğanla görüşərək onun “legitimliyini” təzələmək arzusuna yaşıl ışıq yandırdığını deyərək Türkiyə prezidentinə sanki badalaq atmaq istəmişdi.

Bütün bunlara baxmayaraq, həm Ərdoğan, həm də onun heyət üzvləri ABŞ rəsmilərinin hücumlarına heç bir cavab verməməyə çalışdılar. Xüsusilə R.T.Ərdoğan Ağ evdə keçirilən mətbuat konfransını yola vermək xəttini tutdu və bacardığı qədər az danışdı. Onun 7-8 cümləlik çıxışında Qəzzadan ümumiyyətlə söz açılmadı.

Ərdoğan müxalifləri bunu Türkiyə liderinin geri çəkilməsi kimi qiymətləndirirlər. İnsafən, haqsız da deyillər. Fəqət bu geri çəkilməyə görə Ərdoğanı günahlandırmaq da yanlışdır. Çünki Türkiyə prezidenti Ağ evə Trampla höcətləşməyə gəlməmişdi. Onun qarşısında konkret məqsədlər vardı və bu məqsədlər susmağı, mənasız konfliktlərə girməməyi tələb edirdi.

Üstəlik, geri çəkilmək bir çox hallarda qorxmaq, düşmən qabağından qaçmaq anlamına da gəlmir. Türk cəngəvərlərinin savaş sənətində güclü düşmən qarşısında lazım gələndə geri çəkilmək ən uğurlu hərbi taktikalardan sayılır. Adına “süni ricat” taktikası deyilən bu üsuldan hilal strategiyasında uğurla istifadə edən qədim türklər güclü düşmən qarşısında qəsdən geri çəkilərək onları mühasirəyə salıb ağır məğlubiyyətə uğradıblar. Və heç kim onları düşmən qarşısından geri çəkilməkdə günahlandırmayıb, əksinə hərbi dühalarından təqdirlə bəhs ediblər. Ərdoğanın da hazırkı vəziyyətdə hərbi və iqtisadi güc baxımından ABŞ qarşısından geri çəkilməsi də “süni ricat taktikası kimi qiymətləndirilə bilər. Hər halda indiki ən güclü zamanında ABŞ-la döyüşməkdənsə, geri çəkilərək güclənmək və yaxın müttəfiqləri bir araya gətirərək təsirli gücə çevrilmək daha ağıllı variant idi və Türkiyə prezidenti də məhz bunu etdir.

Üstəlik elə bir zamanda “saxta ricat” taktikasından istifadə etməli oldu ki, dünyada yeni bloklaşmalar gedir və dövlətlər özlərini xilas etmək üçün yeni müttəfiqlər axtarmağa məcburdurlar. ABŞ isə heç kimin hesablaşmaq və ya qarşısında dayanmaq istəmədiyi bir gücdür. Ən əsası isə Tramp saxta da olsa, Ərdoğana hörmətini nümayiş etdirir, hətta onun kreslosunu tutaraq oturmasına köməklik göstərməyi də özünə yaraşdırırdı. Belə bir məqamda Ərdoğanın ona tərs cavab verməsi münasibətləri tamamən korlaya, Türkiyəni yanlızlaşdıra bilərdi. Odur ki, bu durumda ən gözəl yol, “saxta ricat” taktikasına baş vurmaq, qütbləşmənin ağır imtahanlarından güclənərək çıxmaq tələb olunurdu.

Heydər Oğuz

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Məşhur müğənni səhnədə ŞOK yaşadı – FOTO

redaktor

İtkin düşən Çinin müdafiə naziri.

admin

Rusiyada ŞOK TƏKLİF: deputatlar müharibəyə göndərilə bilərlər

redaktor