Aleksey Arestoviçə münasibətin(m)izdən asılı olmayaraq, Moldovada parlament seçkilərində rusyönlü qüvvələrin qələbəsi təqdirdə mümkün olan ssenarini yazdı və onun yazdıqları ilə tanış olmağınız vacibdir. Yazılanlar Ukrayna üçün çox təhlükəlidir və bu baxımdan, bugünkü seçkilərin nəticələrinin önəmi son dərəcədə böyükdür.
Moldovada parlament seçkiləri keçiriləcək.
Rusların planı sadədir, parlamentdə avropayönlü çoxluğu ləğv etməklə Maya Sandunu prezident postundan devirmək.
Əgər rusiyayönlü qüvvələr parlamentdə çoxluğu əldə etsə, parlament Moldovanın prezidentinin səlahiyyətlərini dayandırmağa səs verəcək.
Respublika Konstitusiyası buna imkan verir. Formal olaraq hər şey “qanuna uyğun” olacaq, amma mahiyyət etibarilə bu hakimiyyətin ələ keçirilməsidir.
Növbəti addım Baş Prokurorun rusların adamı ilə əvəzlənməsi olacaq.
Yeni Baş prokuror sifarişlə, uydurulmuş bəhanə ilə Prezidentə qarşı cinayət işi açacaq.
Daha sonra erkən prezident seçkiləri.
Kütləvi səslərin alınması + diasporanın səsvermədən kənarlaşdırılması, vəssalam, nəticədə rusyönlü Prezident seçdirəcəklər.
Ardınca “turistlərin” kütləvi axını başlayacaq.
Turistlər + xalq milisi + “DMR” (Dnestryanı) ordusu Odessaya qarşı hibrid cəbhə açacaq.
Başqa sözlərlə Kreml Moldovadan Ukraynaya qarşı yeni cəbhə açmaq istəyir və bugünkü seçkilərdə qələbə buna yol açacaq.
Kremlin Moldova planları bir halda darmadağın ola bilər, bu gün seçkilərdə uduzsalar…
Kamran Cəfərov