12 C
Bakı
28 Mart 2026 15:14
DünyaSiyasət

«Yalan danışır və hədələyirlər». İran lideri ABŞ-la danışıqlara ümidləri puç etdi

ABŞ-la İranın nüvə proqramı üzrə danışıqlar mümkün deyil, – İranın ali lideri ayətullah Əli Xamenei bəyan edib. Onun sözlərinə görə, Vaşinqton sistemli şəkildə razılaşmaları pozur və aqressiv davranır.

“Qarşı tərəf bütün vədləri pozur, yalan danışır və daimi olaraq hərbi müdaxilə ilə hədələyir. Belə bir tərəflə danışıqlar aparmaq, əminliklə masa arxasına oturub razılaşma bağlamaq mümkün deyil”, – Xamenei vurğulayıb.

İran lideri istisna etməyib ki, ABŞ yenidən İranın nüvə obyektlərinə hücum etməyə və ya ölkənin silahlı qüvvələrinin yüksək vəzifəli nümayəndələrinə sui-qəsd təşkil etməyə cəhd göstərə bilər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Zəlzələ bölgəsində epidemiyaya səbəb olacaq vəziyyət yoxdur – Fəxrəddin Qoca

redaktor

Rusiya Müdafiə naziri Andrey Belousov 3 gündür Pentaqona zəng edir, amma…

admin

Bu, Ukrayna üçün fəlakət olacaq – Rusiya MN

redaktor