2 C
Bakı
11 Fevral 2026 07:08
DünyaSiyasət

«Yalan danışır və hədələyirlər». İran lideri ABŞ-la danışıqlara ümidləri puç etdi

ABŞ-la İranın nüvə proqramı üzrə danışıqlar mümkün deyil, – İranın ali lideri ayətullah Əli Xamenei bəyan edib. Onun sözlərinə görə, Vaşinqton sistemli şəkildə razılaşmaları pozur və aqressiv davranır.

“Qarşı tərəf bütün vədləri pozur, yalan danışır və daimi olaraq hərbi müdaxilə ilə hədələyir. Belə bir tərəflə danışıqlar aparmaq, əminliklə masa arxasına oturub razılaşma bağlamaq mümkün deyil”, – Xamenei vurğulayıb.

İran lideri istisna etməyib ki, ABŞ yenidən İranın nüvə obyektlərinə hücum etməyə və ya ölkənin silahlı qüvvələrinin yüksək vəzifəli nümayəndələrinə sui-qəsd təşkil etməyə cəhd göstərə bilər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Zukerberq Trampla qonşu olmaq istəyir

redaktor

Tramp Ərdoğanı Rusiya neft-qazından imtina etməyə çağırıb.

admin

“Bitcoin” son 5 ayın zirvəsində

admin