12 C
Bakı
28 Mart 2026 14:16
DünyaSiyasət

Sübhanidən ağlasığmaz təxribat: Azərbaycanın bu rayonuna göz dikdi

İranın Ermənistandakı sabiq səfiri Mehdi Sübhani “Sülh Qovşağı” layihəsinə dair açıqlama verib.

Tacxeber.com xəbər verir ki, bu barədə “İrna” məlumat yayıb.

Sübhani bildirib ki, əgər Ermənistan vasitəsilə Naxçıvanın Azərbaycana quru əlaqəsi yaradılarsa, bunun qarşılığında Ermənistanın da Culfa istiqamətində İranla əlaqəsi yarana bilər:

“Naxçıvan Ermənistan vasitəsilə quru yolla Azərbaycana birləşə bilərsə, o zaman Ermənistan da Yerax və Culfa üzərindən İrana birləşə bilər”.

Səfirin sözlərinə görə, guya əsas risk layihənin qismən həyata keçirilməsidir:

“Risk o vaxt olar ki, “Sülh Qovşağı” layihəsinin bir hissəsi həyata keçirilsin, digər hissəsi isə həyata keçirilməsin — yəni bəzi yollar istifadə olunsun, digər hissəsi istifadəsiz qalsın”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ruslar Kurskı boşaltmağa davam edir: daha 1700 nəfər…

admin

Putindən ƏMR: Nüvə bombasına bənzər SİLAHLA HÜCUM – DAĞIDACAĞIQ!

redaktor

ABŞ-da azərbaycanlılar arasında qanlı dava: biri dünyasını dəyişdi

admin