CəmiyyətHadisə

Qətərdə qaçaqmalçılıq edən azərbaycanlı Xəyal Qayıbov kimdir?

Şikayətçi qeyd edir ki, bir neçə dəfə Xəyal üçün qaçaq yolla Azərbaycandan tütün məmulatları aparan şəxslərin də Azərbaycan sərhəddində həbs edilib.
Xəyal Qayıbov “AZTV” kanalının keçmiş prezidenti Arif Alişanovun keçmiş kürəkənidir. İllərdir onun yardımı ilə qaçaq yollarla tütün məmulatları ölkədən çıxardığı haqqında məlumatlar mediada dolaşmaqdadır.

Xəyal Qayıbovun bu işdə təkbaşına olmadığı da bəlli olub. Dohada onun ortağı Azərbaycanın səfirin müşaviri Eldəniz Musayevdir. Onlar ortaq olaraq bu mağazanı Doha şəhərində işlədirdilər.

Saytımıza bildirilən məlumata görə onlar bu qaçaqmalçılığı edərkən dəfələrlə dövlətin adından istifadə etməyə çalışır, Eldəniz Musayevin səlahiyyətlərindən sui istifadə edərək Xəyal Qayıbovun qaçaqmalçılığını ört-basdır etməyə çalışır. Xatırladaq ki, bu ticarət mərkəzində satılan məhsullar Azərbaycan dövlətinə məxsusdur. Dövlətə məxsus olan ticarət mərkəzinə rəhbərlik edən şəxsin Azərbaycandan qaçaq yollarla məhsullar gətirib satmasına dövlət göz yummalalı, araşdırıb səbəbkarları cəzalandırmalıdır.
Ümid edirik, dövlətin aidiyyəti orqanları bu şəxslər haqqında tədbir görər, onların qaçaqmalçılığ əməllərinin qarşısı tez bir zamanda alınacaqdır.(Bakufakt.az)

Məlumat üçün qeyd edək ki, yazıda qeyd edilən bütün məlumatlar sadəcə bir şikayətçi iddiasıdır və qarşı tərəfin açıqlamasını dərc etməyə hazırıq.

 

Tacxeber.com

Oxşar xəbərlər

Müəllimlər direktordan şikayətçidir – “Bizə hinduşkabaş deyir”

redaktor

İstənilən hökumət üçün bu mənzərə utancverici olmalıdır amma iqtisadi komandanın isə heç vecinə də deyil.

admin

Vəfat edən direktor Hökümənin bibisi oğlu imiş – FOTO

redaktor