Müğənni Nura Suri yazır:
Məhəmməd Eldəniz oğlu Hacıyev valideyn himayəsindən məhrum olduğu və ögey qardaşı tərəfindən küçəyə atıldığı üçün 3 saylı Uşaq Evine yerləşdirilib və orada böyüyüb. O, 4-cü sinfə qədər Bakı şəhərindəki 29 saylı tam orta məktəbdə fərdi təhsil alıb. Valideynlərini itirdikdən sonra 4-cü sinfi bitirib, məktəbdən çıxıb və yenidən 3 saylı Uşaq Evine yerləşdirilib.
Orada yaşadığı müddətdə Məhəmməd müəssisədəki şəraitdən və başqa problemlərdən şikayət edib (jurnalistə açıqlama verib). Daha sonra Uşaq Evinin rəhbərliyinin müraciəti əsasında o, Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. Psixiatriya xəstəxanasının baş həkimi bildirib ki, bu uşaq psixi xəstə deyil. Bu hadisədən sonra baş həkim vəzifəsindən istefa verib.
Hazırda (vaxtilə psixi xəstə hesab olunan) Məhəmmədi həmin uşaq evində yaşayan 13 yaşlı bir uşaq, onu zorlamada ittiham edib və nəticədə 19 yaşlı Məhəmməd 10 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmədən və qərarından yalnız saytlar yazdıqdan sonra xəbər tutmuşuq.
Əziz vəkillərimiz,
Sizdən xahiş edirik – biriniz bu gənci müdafiə edin! Onun vicdanlı və savadlı vəkilə ehtiyacı var. Sağlam cəmiyyət qurmaq istəyiriksə, bu işi – bu uşağın müdafiəsindən başlamalıyıq.