16 C
Bakı
27 Sentyabr 2025 00:39
DünyaMuharibəSiyasət

“Cəbhədəki vəziyyət nəzarətmiz altındadır” – “Uğurlarımız da var”

Ukrayna aktiv əks-hücum hərəkətləri və aktiv müdafiə taktikasını davam etdirir ki, bu da ona öz qüvvələrini manevr etdirməyə və təşəbbüsü düşmənə verməməyə imkan verir.

Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski jurnalistlərlə görüşündə cəbhədəki vəziyyətdən danışarkən deyib.

Sırski cəbhədəki vəziyyətin ümumilikdə Ukrayna Slahlı Qüvvələrinin nəzarətində olduğunu qeyd edib: “Cəbhədəki ümumi vəziyyətə gəlincə, çətin olaraq qalır. Düşmən əsas istiqamətlərdə, xüsusilə Pokrovsk və Dobropolye istiqamətində hücumlarını davam etdirir. Liman və Novopavlovsk istiqamətlərində də gərginlik qalır. Digər istiqamətlərdə vəziyyət aşağı intensiv döyüşlərlə xarakterizə olunur. Ümumilikdə vəziyyət bizim nəzarətimizdədir”.

O, əlavə edib ki, “son vaxtlar bəzi uğurlarımız olub”, lakin bununla bağlı heç bir təfərrüat açıqlamayıb.

Sırskinin sözlərinə görə, hazırda aktiv cəbhə demək olar ki, 1250 kilometrə qədər uzanıb: “Son bir ildə bu xətt təxminən 200 km genişlənib. Üstəlik, hələ döyüşün getmədiyi 2400 km məsafəmiz var, lakin biz orada da qoşunlarımızı saxlamalıyıq”.

General Rusiyanın Ukraynadakı işğalçı qüvvəsinin sayının təxminən 712 min nəfər olduğunu da qeyd edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyənin yeni “YEMƏK KRALI”: əvvəl zibilliyə atılırdı, indi 100 lirəyə satılır – VİDEO

redaktor

Bakıda bu binalar təhlükə mənbəyidir – VİDEO

redaktor

Azərbaycana sızan 3500 İran agenti: Yerli qadınlarla niyə evləniblər? – Hüseynzadə ilə bağlı şok faktlar

admin