24 C
Bakı
26 Sentyabr 2025 15:29
MaraqlıPlanet

Yerin “zibilini” çıxardıq, indi də keçdik Yer ətrafı kosmosa.

Artıq Yer ətrafı da sürətlə “zibilxanaya” çevrilir.

Bu gün 45 mindən çox insan mənşəli obyekt — işlək peyklər, sıradan çıxmış aparat və saysız-hesabsız qırıntılar orbitdə dolaşır. Hər biri saatda 25.000 km sürətlə hərəkət etdiyindən, ən kiçik fraqment belə peykləri məhv edə və astronavtları təhlükəyə ata bilər.

Starlink kimi nəhəng qruplaşmaların sürətli artımı Kessler Sindromu riskini artırır: bir toqquşma minlərlə yeni qırıntı yaradır, bu isə növbəti toqquşmaları qaçılmaz edir. Əgər nəzarətsiz qalsa, orbitlərin bir qismi istifadəsiz olacaq, hətta kosmos uçuşları imkansızlaşa bilər.

Astronomlar da zərər görür — tullantılar teleskop müşahidələrinə mane olur, ulduzları və qalaktikaları izləmək, tədqiq etmək çətinləşir.

Çıxış yolu yalnız qlobal əməkdaşlıqdır. Avropa Kosmik Agentliyi artıq “Zero Debris Charter” (Sıfır Tullantı Xartiyası) ilə 2030-dək yeni tullantıların qarşısını almağı hədəfləyir.

 Mədəni ölkələr Yer orbitini yaşanmaz bir zibil poliqonuna çevirməmək üçün hərəkətə keçməlidirlər…

İbrahim Nəbioğlu

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Xəzərlə bağlı dəhşətli xəbərdarlıq: Bakı bulvarı yoxa çıxacaq, 15 milyon insan…

redaktor

Aya enən sonuncu astronavt vəfat etdi

redaktor

Ölüm döşəyində olan insanlar vəfat etməzdən əvvəl bunları görür

redaktor