19 C
Bakı
26 Sentyabr 2025 22:18
DigərHadisəTarix

Xocalıda ermənilərə etiraz edən gənc rus əsgərin müəmmalı ölümü

Aleksey Şadrinov 1973-cü ildə Voloqrad əyalətinin Belzoresk şəhərində anadan olub. 13 yaşından şeirləri dərc edilməyə başlayır. Gənc şair kimi prespektivi olacaq Alekseyi 1991-ci ildə hərbi xidmətə çağırırlar. Bir müddət Rusiyada xidmət etdikdən sonra onu 366-cı alaya təhkim edirlər və onlarla birgə Xankəndiyə gəlir. İlk günlərdən ermənilərin etdikləri vəhşilikləri görən Aleksey evlərinə yazdığı məktubda qeyd edirdi:

” Mən hərbi xidmətdə hər cürə çətinliklərə dözərəm, bütün qara və ağır işləri görə bilərəm. Lakin burdakıların digərlərinə ( azərbaycanlılara) qeyri insani münasibətini görüb dözə bilmirəm “

O ermənilərin rus zabitləri ilə Azərbaycanın Xocalı şəhərinə böyük hücum planı hazırladığını bilirdi. Şair qəlbli gənc bu döyüşdə iştirak etməyəcəyini və Müdafiə Nazirliyinə müraciət edəcəyini bildirir. Zabitlər onu bir neçə dəfə döyməsinə baxmayaraq 19 yaşlı Aleksey Xocalıya hücum və ordudan kənar şəxslərin (ermənilər, ərəblərin, kürdlər, muzdlular) hərbi hissədə etdikləri barədə nazirliyə məlumat verəcəyini bildirir.

Onun çavuşu İrsbayev adlı Qazax idi. Onu döyüş planları barədə məlumat olmaması üçün mətbəxə 11 günlük növbətçi təyin edir. Buranı təmizləməyi əmr edir və dəfələrlə onu alçaldır. Xəbərdar edir ki, bizə yaxşı pul verəcəklər, evinə qayıdıb yaxşı yaşaya bilər. Lakin Aleksey mövqeyindən dönmür. Nəticədə 23 fevral 1992-ci ildə onu mətbəxdən asılmış vəziyyətdə tapırlar. Erməni həkimlər və rus zabitlərindən 366-cı alaya rəhbərlik edən polkovnik Zaviqarov Yuri Yureviç və Nabokix Yevgeni Aleksandroviç birgə sənəd verirlər ki, guya onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Beləcə Xocalı soyqırım ilk rus gənc əsgərin ölümü ilə başlayır. Alekseyin ailəsi dəfələrlə müraciət edib ölüm səbəbini aşkarlamaq istəsələr də o zamankı Rusiya müdafiə nazirliyi eyni sözü deyir. Anasının müsahibəsindən:

– “Üzündə qançırlar var idi… Çənə sınmışdı… Və onun meyidini yoxlamaq qərarına gəldik.. Açdılar – qoxu yox idi. Tabut böyük otaqda dayanmışdı, qış idi, su basmışdı, otağın pəncərələri açılmırdı. Amma cəsəddə heç bir çürümə əlaməti yox idi. Mən intiharlar görmüşəm – ikinci gün iy verirlər. Oğlumun meyidində bu əlamət yox idi. Onu öldürüblər “

Ailəsinin Alekseyin əsgər yoldaşlarından aldığı məlumata görə onu erməni terrorçuları şikayət etməməsi üçün asıblar.

Zaur Əliyev – dosent

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Doğrudan da bu Tramp çox kəmfürsət, keyfiyyətsiz biri imiş.

admin

İndi məlum olur ki, hazırda həyata keçirilən proje elə o vaxtdan hazırlanırmış …..

admin

General qızı Hacı Zeynalabdin Tağıyevlə puluna görə evlənib? – VİDEO

redaktor