19 C
Bakı
26 Sentyabr 2025 19:34
CəmiyyətDigərHadisə

Prokuror Tural Sadıqlının əmisinə 3 il həbs istəyib.

Bu gün, sentyabrın 26-da qanunsuz olaraq döyüş sursatı gəzdirdiməkdə təqsirləndirilən, blogerTural Sadıqlının əmisi Elmir Sadıqova prokuror 3 il həbs cəzası istəyib.

Avqustun 25-dən Sabunçu Rayon Məhkəməsində hakim Samirə Məmmədlinin sədrliyi ilə başlayan prosesdə onunla bağlı cinayət işinin məhkəmə təhqiqatı davam edir.

Elmir Sadıqovun qardaşı Əlövsət Sadıqlı bildirib ki, məhkəmə prosesində vəkilin verdiyi çoxsaylı vəsatətlərin heç biri təmin olunmayıb. Elə ilk iclasda vəkil Nazim Musayev vəsatət verərək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etmişdi. Məhkəmə vəsatəti təmin etməmişdi. Sonradan da müdafiə tərəfinin bir sıra vəsatətləri təmin edilməyib.

Elmir Sadıqov aprel ayında saxlanıb. İttihama görə, onun maşınından əl qumbarası tapılıb. E. Sadıqova Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah,… əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi açılıb. İlkin istintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Amma onun yaxınları bu işi qurama sayıb. Hazırda xaricdə olan bloqer Tural Sadıqlı da əmisinin ondan qisas almaq məqsədilə şərləndiyini açıqlamışdı.

Amma həmin iddiaya, nə sözü gedən məhkəmədən, nə də başqa rəsmi qurumlardan münasibət almaq mümkün olub. Bununla belə rəsmilər bir qayda olaraq ölkədə siyasi həbslərin olması ilə bağlı iddiaları qəbul etmirlər.

  • Hazırda mühacirətdə olan T.Sadıqlı hakimiyyətə sərt tənqidləri ilə tanınır. Son illər Azərbaycanda bir neçə dəfə onun yaxınları saxlanıb. Hətta narkotik və polisin qanuni tələbini yerinə yetirməməkdə günahlandırılan qardaşı Elgiz Sadıqlı həbsdə də olub. Onlar saxlanma və həbsi T.Sadıqlıya görə şərlənmələri ilə izah ediblər. Amma hüquq-mühafizə orqanları belə dəyərləndirmələri qəbul etməyiblər.

  • Bu ilin mart-aprel aylarında isə Baş Prokurorluğun müraciəti əsasında xaricdəki bir sıra bloqerlər haqqında qiyabi həbs qərarı çıxarılıb. Mayın 31-də də Binəqədi rayon Məhkəməsi Tural Sadıqlı haqqında belə bir qərar vermişdi. Almaniyada yaşayan T.Sadıqlı dələduzluq, kütləvi iğtişaşlara çağırış, saxta sənəd hazırlama kimi əməllərdə suçlanır. O, özünə qarşı ittihamları da qəbul etmir. (AzadlıqRadiosu)

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Əziz valideynlər, qız övladlarınıza güclü təhsil verin ki, ……

admin

Qadınlar heyvan kəsə bilərlər? – AÇIQLAMA

admin

Bu metrostansiyaların adları dəyişdirilə bilər

redaktor