24 C
Bakı
26 Sentyabr 2025 17:24
CəmiyyətHadisə

İlham İsmayıl azadlıqdadır

Haqqında dələduzluq əməlinə görə saxlanılması ilə bağlı məlumatlar yayılan təhlükəsizlik məsələli üzrə ekspert İlham İsmayıl hazırda azadlıqdadır.

O, yerli medialara bildirib ki, onun haqqında yayılan məlumatların əksəriyyəti həqiqətəuyğun deyil və əsassızdır.

İ.İsmayıl vurğulayıb ki, heç kimə qarşı dələduzluq əməli həyata keçirməyib və bu iddialar tamamilə yalandır.

Onun sözlərinə görə, hazırda məsələ ailə üzvlərindən birinin biznesində yaranan çətinliklərlə bağlıdır və bu çətinliklər nəticəsində mövcud olan borcla əlaqədardır. Vurğulamasına görə, məhz həmin borc məsələsi çərçivəsində ondan da izahat alınıb.

İ.İsmayıl əlavə edib ki, yaxın vaxtlarda bu məsələ ilə bağlı mediaya geniş açıqlama veriləcək.

İlham İsmayıl kimdir

İ.İsmayıl 1957-ci il oktyabrın 22-də Tərtər rayonunun Sarıcalı kəndində doğulub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunu bitirib.

1982-ci ildən Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sistemində xidmət edib. DTK-nın Gəncə şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili postlarında çalışıb. Birinci Qarabağ müharibəsi iştirakçısıdır.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (Azərbaycan müstəqillik əldə etdikdən sonra DTK Milli Təhlükəsizlik Nazirliyi adlanıb) Şəmkir və Göyçay bölmələrinin rəisi, nazirliyin özündə şöbə rəisi olub.

1995-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Vaxtaşırı təhlükəsizlik məsələləri ilə bağlı mətbuata açıqlamalar verir.

MTN 2015-ci ildə ləğv edilib, onun əsasında Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Hər kəs öz payını götürsün – Aqil Abbas yazır…

redaktor

“Qadın həkim də hər kişi xəstəsi ilə siğə etməlidir?..” Din

admin

Jurnalist Hafiz Babalı saxlanıldı

redaktor