24 C
Bakı
26 Sentyabr 2025 17:23
CəmiyyətHadisəŞikayət

Hikmət Babaoğlunun yanlış iddiası: Dünya əhalisinin 60 faizindən çoxu Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrində yaşayır

Xəbərin qısa icmalı

– Milli Məclisin deputatı Hikmət Babaoğlu açıqlamasında bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri dünya əhalisinin 60 faizindən çoxunu birləşdirən bir təşkilatdır. O bu iddianı Azərbaycan-Çin münasibətləri haqqında danışarkən bildirib.

– 2023 və 2024-cü illərin statistikalarına əsasən, ŞƏT-ə üzv ölkələrdə ümumilikdə 3 milyard 386 milyon insan yaşayır ki, bu da təxminən 8 milyardlıq dünya əhalisinin 42%-ni təşkil edir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu “redaktor.az” saytına açıqlamasında bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri dünya əhalisinin 60 faizindən çoxunu birləşdirən bir təşkilatdır. O bu iddianı Azərbaycan-Çin münasibətləri haqqında danışarkən bildirib.

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

2001-ci ildə Çin, Rusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan tərəfindən yaradılan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) siyasi, iqtisadi və təhlükəsizlik sahələrini əhatə edən beynəlxalq təşkilatdır. 2017-ci ildə Hindistan və Pakistanın, 2023-cü ildə İranın, 2024-cü ildə isə Belarusun qoşulması ilə təşkilata üzv ölkələrin sayı 10-a çatıb.

2023 və 2024-cü illərin statistikalarına əsasən, ŞƏT-ə üzv ölkələrdə ümumilikdə 3 milyard 386 milyon insan yaşayır ki, bu da təxminən 8 milyardlıq dünya əhalisinin 42%-ni təşkil edir. Təşkilata üzv ölkələrin iqtisadiyyatı isə dünya iqtisadiyyatının təxminən 23%-ni təşkil edir.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildən etibarən ŞƏT-in “dialoq üzrə tərəfdaşı” statusunu alıb.

Tacxeber.com xəbər verir ki, “Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Hikmət Babaoğlunun iddiası yanlışdır.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bakıdakı dəhşətli qətli videoya çəkən qonşunu cəza gözləyir? – Fotolar

redaktor

HAMAS liderinin yaxınlarının evinə zərbələr endirilib, ölənlər var

redaktor

Azərbaycanlı turist sözü səhv dedi, polislər onu tutdu – VİDEO

redaktor