DünyaİdmanSiyasət

Gələn həftə UEFA İsrailə sanksiya tətbiq edə bilər

Gələn həftə UEFA özünün təşkil etdiyi bütün turnirlərdən İsrailin kənarlaşdırılması məsələsi ilə bağlı qərar verəcək.

Bu haqda “The Times” məlumat yayıb.

Məlumata görə, UEFA İcraiyyə Komitəsinin üzvlərinin əksəriyyəti israillilərin diskvalifikasiyasını dəstəkləyir.

Qeyd olunur ki, İsrailin uzaqlaşdırılmasına tərəfdar olanlar Rusiyanın 2022-ci ilin fevral ayının sonunda Ukraynaya hərbi hücuma başlamasından sonra Avropa turnirlərində iştirakdan məhrum edildiyini əsas gətirirlər.

Bundan əvvəl isə bəzi Avropa klublarının UEFA-ya birbaşa müraciət edərək avrokuboklarda israilli komandalarla üz-üzə gəlmək istəmədikləri bildirilmişdi.

UEFA-nın İsraiin Qəzzaya hücum səbəbindən həmin ölkəyə sanksiya tətbiq etmək istədiyi qeyd edilir. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İsrailli nazirdən etiraf: Haniyəni biz məhv etmişik

redaktor

“Şuşada Ağaoğlunun Xankəndinə tərəf boylanan əzəmətli heykəli qoyulmalıydı”

redaktor

“Sabah”la ilk oyun kabus kimi idi” – “Partizan”ın baş məşqçisi

admin