CəmiyyətDünya

Əli Həsənovun kürəkəni İngiltərədə yaxta şirkəti açdı – SƏNƏD

Baş nazirin keçmiş müavini, “Qaçqınkom”un sabiq sədri Əli Həsənovun kürəkəni, Almaniyanın Hamburg şəhərində yaşayan Elman Allahverdiyev İngiltərədə özünə yaxta şirkəti açıb. E.Allahverdiyevin bu ilin yanvarında Londonda təsis etdiyi OPAL YACHTING LTD törəmə şirkət kimi qeydiyyatdan keçib.

Tacxeber.com xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib.

Onun sözlərinə görə, Elman Allahverdiyev həm də Almaniyada LOHIMEX GmbH-ni təsis edib, AuK Hotel GmbH-nı alaraq GLORİOUS HOTELS & RESORTS  GmbH olaraq yenidən qeydiyyatdan keçirib: “Şirkətlər onun vaxtilə Bad Bevensen şəhərində satın aldığı Kieferneck otelində hüquqi qeydiyyatdadır. Bu keçmiş “Qaçqınkom” sədrinin Bad Bevensendəki yeganə oteli deyil. Onun burada istifadə edilməyən, “ağzıgünə” daha bir neçə oteli var. Məsələn, 2014-cü ildə Bad Bevensenin Bergstraße küçəsində aldığı HEIDEKRUG otelini Elman Allahverdiyev 5 il istifadəsiz saxladıqdan sonra 2019-cu ildə Manfred Preuss adlı şəxsə dəyər-dəyməzinə satıb. O da otel otaqlarını 15 mənzilə çevirib satıb. Elman Allahverdiyevin həmin şəhərdə aldığı digər əmlak isə 2014-cü ildə aldığı Bad Bevensen DİABET KLİNİKASI olub. Burada ALMANİYA DİABET MUZEYİ yerləşib. Allahverdiyev 2019-cu ildə sahəsi 14770 kv.m. olan klinika binasını budozerlərin qabağına verib kürütdürüb. O vaxtdan yeri hələ də xarabalığı xatırladır (Google map üzərindən Am Klaubusch 12, 29549 Bad Bevensen adresinə baxa bilərsiniz). Kurort şəhərinin Haberkamp küçəsindəki GRÜNİNG HOTEL də Elman Allahverdiyevin aldığı əmlakların siyahısındadır.

Siyahıya NİCOLAS PANSİONATını da əlavə etsək, Əli Həsənovun  kürəkəninin Bad Bevensendə aldığı əmlakların siyahısı tam aydın olur:

4 hotel

 1 pansionat

1 klinika binası…”

Tacxeber.com

Oxşar xəbərlər

Ana 13 yaşlı qızını evlə dəyişdirmək istədi

admin

Rusiya Daxili İşlər Nazirliyinin rəhbəri ABŞ-a buraxılmadı

redaktor

U-2 casus təyyarəsi və Pauersin uçuşu.

admin