Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəni sülh şəraitində idarə etmək niyyətində deyil.
Tacxeber.com xəbər verir ki, o, bunu “Axios”a müsahibəsində deyib.
Zelenski qeyd edib ki, onun əsas məqsədi müharibəni bitirməkdir, hakimiyyətdə qalmaq deyil.
“Atəşkəs əldə olunarsa, parlamentdən seçkilərin keçirilməsini təşkil etməyi xahiş edəcəm”,- o qeyd edib.
O, təhlükəsizlik vəziyyətinin və Ukrayna Konstitusiyasının müəyyən çağırışlar yaratdığını əlavə edib, lakin buna baxmayaraq seçkilərin mümkün olduğunu bildirib.
“İnsanlar uzunmüddətli sülhün təmin edilməsi üçün vacib qərarlar qəbul edəcək. Atəşkəs zamanı təhlükəsizlik seçkilərin keçirilməsinə imkan verə bilər”,- V. Zelenski vurğulayıb.