13 C
Bakı
25 Sentyabr 2025 10:27
DünyaSiyasət

Ursula fon der Leyenin Makronla SMS yazışmaları növbəti qalmaqal yaradıb

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bu dəfə yenə də Fransanın prezidenti Emmanuel Makronla olan SMS yazışmaları ilə əlaqədar qalmaqalda adı hallanır.

Tacxeber.com xəbər verir ki, bunu Macarıstanın Avropa Parlamentindəki deputatı, “Avropanın Patriotları” fraksiyasının müavini Kinga Gal bildirib.

“Avropa ombudsmanı, Komissiyanın rəhbərinin Makronla “Mercosur” ticarət müqaviləsi ilə bağlı yazışmalarını araşdırmağa başlayıb. Pfizer ətrafında yaşanan skandalda olduğu kimi, bu mesajlar da itib”, – deyə o, “X” sosial şəbəkə platformasında qeyd edib.

Gal, Avropa Komissiyasının şəffaflıqdan uzaq fəaliyyətini vurğulayıb və Avropa İttifaqı institutlarında şəffaflığın artırılmasına çağırıb.

10 iyulda Strasburqda Avropa Parlamentinin iclasında, “COVID-19” vaksinləri ilə bağlı korrupsiya ittihamları ilə əlaqədar olaraq fon der Leyenə etimadsızlıq mövzusunda 25 ildə ilk dəfə səsverməyə çıxarılması təklif olunub. Lakin, bu təklif rədd edilib. Bunun əleyhinə 553 deputatdan 360-ı səs verib, 175 deputat isə təklifi dəstəkləyib, 18 nəfər isə bitərəf qalıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna cəbhəsində dönüş yarada biləcək addım

admin

Azərbaycan mətbuatının 150 illik yubileyi: Azad sözün yas mərasimi

admin

Heydərovun iki generalının fəaliyyəti yoxlanılır – Şübhəli məqamlar var

redaktor