13 C
Bakı
27 Mart 2026 20:38
CəmiyyətHadisə

İlham İsmayıl saxlanıldı

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl saxlanılıb.

Tacxeber.com xəbər verir ki, ekspert dələduzluqda ittiham edilir. Belə ki, İlham İsmayıl oğlu Cavidan İsmayılzadə vasitəsilə zərərçəkmiş Emin Məmmədzadəyə Almaniyadan avtomobil gətirəcəyinə dair vəd verib. Vəd edilən avtomobil 2018-ci il istehsalı və dəyəri 54 min ABŞ dolları olan “Range Rover” imiş.

İ.İsmayıl E.Məmmədzadədən ilkin olaraq 20 min ABŞ dolları (34 min manat) alıb. Bir müddət sonra maşının ölkəyə gətirilmədiyini görən E.Məmmədzadə məsələ ilə bağlı polisə şikayət edib.

Dələduzluq faktı ilə əlaqədar İlham İsmayıl barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. O, ötən gün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. (Unikal.com)

 

Tacxeber.com

Oxşar xəbərlər

Ramiz Mehdiyevin qudası vəfat edib – FOTO

admin

Rəşid Mahmudov qadın məsələsində şahmatçı ilə həmrəy oldu

redaktor

İnsan gözü ilə müəyyən edilə bilən XƏSTƏLİKLƏR

redaktor