25 C
Bakı
25 Sentyabr 2025 14:56
DünyaSiyasət

Avropa və NATO-nun “vuran əli” – Türkiyə…

Rusiyanın Avropada “dron şousundan” sonra Avropanın, NATO-nun, Ukraynanın əsas himayədarı rolunda Türkiyə çıxış edir. Dünən Türkiyə Litvaya xüsusi radar təyyarəsi göndərib. AWACS təyyarəsi yerdən aşkarlanması çətin olan alçaqdan uçan obyektləri (o cümlədən dronları) aşkar edə bilir. Bloomberg xəbər verir ki, NATO bununla da Baltik regionunda müdafiəsini gücləndirir.

Türkiyə BMT-də dünyaya Krımın Rusiya olmadığını da xatırladıb.

Müdafiə naziri Yaşar Gülər Ankaranın yarımadanın ilhaqını heç vaxt tanımadığını və ərazi bütövlüyü məsələlərində Kiyevi dəstəklədiyini bir daha bəyan edib.

Gülər Baş Assambleyadakı çıxışında Krım tatarlarının hüquqlarının qorunması məsələsini də gündəmə gətirib: “Bizim üçün bu, təkcə xarici siyasət məsələsi deyil, həm də tarixi və mənəvi məsuliyyətdir. Biz onların səsinin eşidilməsi, hüquqlarının müdafiəsi, azadlıq və ləyaqətinin təmin olunması üçün bundan sonra da qətiyyətlə çalışacağıq”.

Dadaş Əhmədli

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Tramp Zelenskiyə Krımı və NATO-nu unutmağı tövsiyə edib

redaktor

Rusiyaya “ən dərin zərbə” endirildi – “Röyters”

redaktor

Lionel Messi ilk ətirini təqdim etdi

redaktor