Zelenski ilə görüş zamanı verdiyi açıqlamalar və görüşdən sonrakı sosial media paylaşımı Trampın Ukrayna məsələsində mövqeyinin əsaslı şəkildə dəyişdiyini göstərir.
Tramp bildirib ki, Rusiyanın ciddi iqtisadi problemləri var və onun iqtisadiyyatı dağılır. O, Rusiyanı “kağız pələng” adlandıraraq deyib ki, Ukrayna Avropanın və NATO-nun dəstəyi ilə zamanla, səbrlə bütün ərazilərini geri qaytara bilər.
Tramp Ukraynanı böyük ruha sahib ölkə; ukraynalıları çox cəsur, çox mərd xalq və yaxşı döyüşçü; Zelenskini isə ağır mübarizəyə başçılıq edən mərd insan kimi xarakterizə edib.
Tramp onu da əlavə edib ki, NATO ölkələri onların hava məkanını pozan Rusiya təyyarələrini vurmalıdır.
Zelenski isə Trampın əlində vacib informasiyalar olduğunu və görüşün çox yaxşı keçdiyini söyləməklə kifayətlənib.
Gözləyək, görək bu sözlərin praktikada hansısa nəticəsi olacaq, ya yox.
Şahin Cəfərli