2025-ci ilin ilk 6 ayında xaricdən Azərbaycanda yaşayan fiziki şəxslərə köçürülən pul 534 milyon dollar olub.
2024-cü ilin eyni dövründə bu məbləğ 568 milyon dollar olub.
Bu il 34 mln. dollar azalma var – ciddi deyil, amma, son 5 ildə azalma tendensiyası davam edir. (Rusiyadan gələn vəsait azalır)
Maraqlı məqam budur ki, ABŞ-dan Azərbaycandakı fiziki şəxslərə daxil olan vəsait 30.5 milyon dollardan 52.1 milyon dollara yüksəlib, yəni, bu 71% artım deməkdir.
AB ölkələri və Türkiyədən də Azərbaycandakı fiziki şəxslərə pul köçürmələr artır.
ABŞ və AB ölkələrindən pul köşürmələrin artmasının “tərcüməsi” odur ki, gənclər ölkədən kütləvi şəkildə Qərb ölkələrinə, Türkiyəyə gedir, oralarda iş tapıb, pul qazanıb ailələrinə yardım edirlər.
Gənclər köçür, hökumət ölkədən valyuta çıxışınan qarşısını kəsmək üçün əlindən gələni edir, hətta, mənasızcasına quru sərhədləri bağlı saxlayır, amma, anlamaq istəmir ki, 11 il məktəb, 4-5 il Unuversitet oxuyub xaricə köçən gənc, ən azı, 30-40 min dollar ölkədən çıxarır: onun məktəb, Universitet xərcləri, valideyinlərin tutduğu müəllimlərin pulu – hamısını “götürüb” ölkədən çıxır.
Problem budur e, hörmətli hökumət, quru sərhədləri bağlayıb valyutaya qənaət etmək cəhdi valyuta çıxışının qarşısnı ala bilməz.
Quru sərhədlər bağlanan il doğulan uşaqlar, artıq böyüyüblər, gələn il məktəbə gedəcəklər…
Natiq Cəfərli