Prezidentin köməkçisi Hikmət Hacıyev USAID-in Cənubi Qafqazda heç vaxt humanitar fəaliyyətlə məşğul olmadığını bildirib
Tacxeber.com xəbər verir ki_ “Fakt Yoxla” iddianın doğru olub-olmadığını araşdırıb
USAID 1990-cı illərin əvvəllərindən etibarən Azərbaycan, Ermənistan və Gürcüstana müxtəlif sosial-iqtisadi inkişaf layihələri həyata keçirib
USAID koronovirusla mübarizəyə qarşı Azərbaycana 6,6 milyon, Ermənistana 13,9 milyon, Gürcüstana isə 27,2 milyon dollar dəstək göstərib
1992-ci ildən 2017-ci ilədək Azərbaycanın məcburi köçkün, qaçqın və müharibədən zərər çəkmiş əhalisinə USAID 140 milyon dollardan artıq humanitar yardım ayırıb
Təkcə 1997-2001-ci illərdə USAID-in dəstəyi ilə fəaliyyət göstərən bir neçə təşkilatdan biri olan “World Vision” birliyi 126,000 nəfərə ərzaq yardımı edib, 27,000 nəfər üçün əsas sanitariya qurğuları inşa edib və 10,000 nəfərə qış geyimi paylayıb
Eyni illərdə dəstəklənmiş digər proqramı olan “Save the Children” vasitəsilə isə 20 mindən artıq azyaşlıya tibbi xidmət, on minlərlə ailəyə ərzaq və toxum yardımları göstərilib.
USAID 1992-ci ildən 2018-ci ilədək Ermənistan əhalisinə tibbi və sosial ehtiyaclar üzrə 1 milyard dollardan çox humanitar yardım edib
USAID 1992-ci ildən bəri Gürcüstana 1,9 milyard dollardan artıq vəsait ayıraraq səhiyyə, təhsil, sosial dəstək və infrastruktur layihələrini dəstəkləyib