12 C
Bakı
27 Mart 2026 02:12
Cəmiyyətİdman

Ayxan Abbasov AFFA-nın irəli sürdüyü ilkin şərtlə razılaşmayıb.

U-21-in baş məşqçisi Ayxan Abbasov AFFA-nın irəli sürdüyü ilkin şərtlə razılaşmayıb.

Tacxeber.com Sport24. az-a istinadən xəbər verir ki, ölkənin ali futbol qurumunun rəhbərliyi Abbasova müvəqqəti olaraq baş məşqçi kimi yığmanı qarşıdakı oyunlara çıxartmasını istəyib.

Ancaq baş məşqçi “müvəqqti” statusla barışmaq istəmir. O, AFFA rəsmiləri ilə söhbətdə bildirib ki, tam əsasla müqavilə bağlansa, bu ağır yükün altına girə bilər.

44 yaşlı mütəxəssis onu da vurğulayıb ki, 4 oyunda əsas millinin “sükanı arxasında” olacağı təqdirdə U-21-ə diqqət yetirə bilməyəcək. Bu da son vaxtlar ümid millisində görülən işlərin yarımçıq qalması deməkdir.

Qeyd edək ki, Fernandu Santuşun istefaya göndərilməsindən sonra millinin “sükanı” Ukrayna ilə matçda Ayxan Abbasova tapşırılmışdı.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Balakəndə turistlər kanat adı ilə gəlib, kor-peşman qayıdırlar

redaktor

Özəl klinikada qanunsuzluq: Blogeri əməliyyat otağına saldılar

redaktor

Toyları ilə gündəmi zəbt edən cütlük danışdı – VİDEO

redaktor