11 C
Bakı
27 Mart 2026 16:42
CəmiyyətHadisəŞikayət

Sədərək Yusifin qardaşı oğlanları saxlanılıb?

“Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin qardaşı oğlanlarının həbs olunması ilə bağlı iddialar yayılıb.

Biznesmenin qardaşı Ənvər Qədimbəylinin övladları İlkin və İlham Qədimbəylilər barəsində cinayət işinin başlanıldığı iddia olunur.

Yayılan məlumatlara görə onlar barəsində cinayət işi biznesmen Elnur Əhmədovun şikayəti əsasında başlanılıb.

Xatırladaq ki, Elnur Əhmədov bir müddət öncə mediaya müraciət edərək İlkin və İlham Qədimbəylilər tərəfindən zorla pulunun alınması ilə bağlı şikayət etmişdi.

Hazırda qardaşlar barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə küllimiqdarda tələb etmə) ilə ittiham irəli sürüldüyü qeyd olunub.(Milli.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Tanınmış seysmoloqdan XƏBƏRDARLIQ: “Bu rayon köçürülməlidir, sağ qalma şansı yoxdur“

redaktor

Bakıda böyük təhlükə: Su kəmərləri üzərində yüzə yaxın ev tilkilib

admin

Nazilə Səfərli öldürülən həkimlə bağlı ilginc faktları açıqladı: “Onu həmişə qaraba-qara izləyirdi”

redaktor