13 C
Bakı
25 Sentyabr 2025 10:29
DünyaSiyasət

Suriya Dövlət Başçısı Əhməd Şaranın amerikalı jurnalistlə aralarında yaranan dialoq

Suriya Dövlət Başçısı Əhməd Şaranın amerikalı jurnalistin “Siz dəyişmisinizmi?” sualına cavab olaraq aralarında keçən dialoq:

Jurnalist Marqaret Brennan:

“…Sizinlə bağlı danışdığım bir çox rəsmilər sizi praqmatik şəxs kimi təsvir edirlər. Amma şübhə edənlər də var; onlar deyirlər ki, Suriyada o anda nəyə ehtiyac duyulursa, siz ona uyğun dəyişirsiniz. Bəs siz tamamilə fərqli bir insan olduğunuzu etiraf edirsinizmi?

Suriya dövlət başçısı Əhməd Şara:

“…Praqmatiklik anlayışı ilə tam razı deyiləm, çünki bu söz ərəbcədə müəyyən mənfi çağırışlar doğura bilər.

Məsələ budur: gəlin, mediada deyilənlərdən asılı olmayaraq, indi baş verənlərə baxaq.

Bu gün biz xalqı həqiqətən də zalım bir rejimin zorakılığından qurtardıq.

Qaçqınlar və ölkə daxilində yurd-yuvasından didərgin düşən insanlar üçün ümidləri yenidən canlandırdıq ki, öz ölkələrinə qayıda bilsinlər.

Kimyəvi silahlarla bombalanan insanlara dayaq olduq.

Eyni zamanda İŞİD-lə də mübarizə apardıq.

İran milislərini və “Hizbullah”ı bölgədən çıxardıq.

Suriyada həyata keçirdiyimiz bütün bu ali işlər əslində beynəlxalq ictimaiyyətin borcu olmalı idi.

Amma beynəlxalq ictimaiyyət bircə əsiri belə azad edə bilmədi; aclıqdan ölənlərin olduğu bircə kəndin mühasirəsini belə yara bilmədi.

Beynəlxalq ictimaiyyət rejimi kimyəvi silah işlətməkdən çəkindirməkdə də uğursuz oldu.

Ona görə müttəhim kürsüsündə biz oturmamalıyıq; əksinə, biz başqalarına sual verməliyik:

– Suriya torpaqlarında bu dəhşətli cinayətlər törədilərkən siz niyə susdunuz?

Mən inanıram ki, dünya Suriyanı üzüstə qoydu, amma artıq kömək etməlidir. Dünya bir daha suriyalıların qırğınına şərik olmamalıdır – nə sanksiyaların aradan götürülməsini yubadaraq, nə də suriyalıların öz ölkəsini yenidən qurmasına mane olaraq.

Sanksiyaların ləğvinə qarşı çıxan hər bir tərəf, Suriya xalqının qətlə yetirilməsində şərikdir”.

Mirzə Rəşad Orbey

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ukrayna ordusu iki ay ərzində Krıma girəcək .

admin

Ərdoğanın mühafizə qrupu qəzaya düşdü: ölü və yaralılar var

admin

Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Trampın mövqeyi ilə razı deyil.

admin