DünyaHadisə

“Krokus” terror aktının qurbanları Ağalarovların əmlakına həbs qoyulmasını xahiş edirlər.

“Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı cinayət işində zərərçəkmişləri təmsil edən müdafiə qrupu iş adamları Araz Ağalarov və oğlu Eminin əmlaklarına həbs qoyulması ilə bağlı vəsatət qaldırıb, bu barədə vəkil İqor Trunov bildirib. Vəsatət Rusiya İstintaq Komitəsi tərəfindən qəbul edilib.

“Rusiya Federasiyasının İstintaq Komitəsindən xahiş edirik ki, “Crocus Group”, “Crocus” ASC, “Crocus Profi” özəl mühafizə şirkəti və “Crocus International” ASC-nin sahiblərinin əmlakına həbs qoyulması üçün təcili tədbirlər görsün”, – vəkil bildirib.

Trunov qeyd edib ki, Ağalarovların şirkətləri yanğınsöndürmə sistemləri, qəza çıxışlarına nəzarət və binanın təhlükəsizliyinə cavabdehdirlər. İstintaqın məlumatına görə, çıxışların bəziləri bağlanıb, yanğın siqnalizasiyaları isə işləməyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Çexiyalı general Zelenskiyə xəbərdarlıq etdi

redaktor

Polis araşdırması zamanı həmin tablo tapılmayıb, onun əvəzində mənşəyi hələ müəyyənləşdirilməmiş digər əsərlər aşkarlanıb.

admin

Həmcinsinə aşiq olan məktəbli qız intihar etdi

redaktor