11 C
Bakı
29 Mart 2026 22:29
DünyaSiyasət

İtaliya Fələstini bu şərtlə tanıyacaq

İtaliya Fələstin dövlətini girovların azad edilməsi və HƏMAS-ın Qəzzadan çıxarılması şərti ilə rəsmən tanıya bilər.

Tacxeber.comxəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Əksər ölkələr Fələstini tanımaq üçün öz təklifini təqdim edəcək. Lakin bütün girovların azad edilməsi və HƏMAS-ın Qəzzadan çıxarılması əsas şərtdir”, – deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniya, Kanada, Avstraliya, Portuqaliya, Fransa, Belçika, Lüksemburq, Malta, Andorra və Monako Fələstin dövlətini rəsmən tanıdıqlarını elan ediblər.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Martda Putin dövlət lideri kimi legitimliyini itirəcək” – Zelenski

admin

Mişel: “Rusiya əleyhinə sanksiyaların qəbulu çətinləşir“

redaktor

Fazil Mustafa Rəisinin dəfn mərasimində iştirak edəcək? – AÇIQLAMA

admin