CəmiyyətDünyaGündəm

Backstreet Boys konsertində bayraq mübahisəsi

Məşhur “Backstreet Boys” qrupu Qazaxıstanda konsert verib. Bir azərbaycanlı xanım çantasından Azərbaycan bayrağı çıxardıb, başlayıb yelləməyə.

Üç mühafizə yaxınlaşıb, bayrağı gizlətməyi xahiş edib. Qadın mübahisə edib. Bildirib ki, sizinkilər Bakıya gələndə manesiz Qazax bayrağı yelləyir, mənə niyə icazə verilmir? Mübahisə böyüyüb, qıraqdan konsertə gələnlərin bəziləri dəstək verib, bəziləri yığışdırmağını istəyib. Sonunda bayrağa dəyməyiblər, konsertin sonuna qədər yelləyib, foto-videolar çəkib.

Konsertdən sonra şəhər rəhbərliyi əlaqə saxlayıb başverənlər üçün ondan üzr istəyiblər. Olan keçənlər xəbərlərə çıxıb. Azərbaycanlılar hər zamankı kimi söhbəti tam bilmədən Qazaxıstana qan qusur sosial şəbəkələrdə.

Mövzu yarımçıq bildirilib. Mən Qazaxıstanla əlaqə saxlayıb öyrəndim. Söhbət Azərbaycan bayrağı deyil. Qazaxıstan qarışıq olduğu üçün konsert kimi dəxilsiz yerlərdə ölkə bayraqları qaldırılmır. Heç Qazaxıstanın öz bayrağı belə. Çünki ruslar Rusiya və Ukraynada qurulmuş qondarma dövlətlərin separatçı bayraqları qaldırır, qazaxlar hücum edir, konsertlər, tədbirlər, bayramlar davaya dönür. Bu üzdən dövlətlər arası tədbir, idman yarışı keçirilmirsə ümumi bayraq yelləməyə qadağa qoyulub.

 

Orxan Atabəy

Tacxeber.com

Oxşar xəbərlər

2022-ci ildə vəzifəsini itirən yüksək ranqlı məmurlar – SİYAHI

admin

Avroliqada yarımfinalçılar bəlli oldu

admin

Tramp Baydenin qəbul etdiyi 78 sənədi ləğv edib

redaktor