15 C
Bakı
26 Mart 2026 17:00
CəmiyyətHadisə

Adnan Əhmədzadənin əmlakına həbs qoyulub –Bank hesabları bloklanıb

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadənin Azərbaycandakı əmlaklarına həbs qoyulub.

Tacxeber.com xəbər verir ki, iş adamına məxsus “Port Baku”dakı mənzilinə, bazarına, bundan başqa bu yaxınlarda “Sea Breeze”də aldığı yeni bir neçə mənzilə, çoxsaylı avtomobillərinə həbs qoyulub.

Bundan başqa, Adnan Əhmədzadənin özünün və həyat yoldaşı Gülsəfa Cəfərovanın Azərbaycan banklarındakı hesabları da bloklanıb.

Qeyd edək ki, Adnan Əhmədzadə bir neçə gün əvvəl həbs edilib. Ona qarşı mənimsəmə, dövlətin iqtisadi təhlükəsizliyinə təhdid yaradan cinayətlər üzrə ittiham elan olunub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Melaniya ilə Epşteyn vasitəsilə tanış olub?

admin

Həyat yoldaşını itirən kişilər niyə tez ölür?

redaktor

Bakıda kirayə mənzillərin qiyməti azalacaq? – AÇIQLAMA

redaktor