DünyaSiyasət

Ukraynada sülh üçün atəşkəs vacibdir – Kelloq

ABŞ Prezidentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi, Kit Kelloq bildirib ki, Ukraynada sülhə nail olmaq üçün atəşkəs vacibdir.

Tacxeber.comxəbər verir ki, Kelloq bu fikirləri lord Maykl Eşkroftla müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, əgər Rusiya prezidenti Vladimir Putin bu addımı atsa, sonradan hərbi əməliyyatları bərpa etməsi çətin olacaq.

O əlavə edib ki, şəxsi mövqeyinə görə ən yaxşı variant atəşkəsdir, lakin Donald Tramp sülh sazişi əldə etmək istəyir.

“Putin hələlik bunu istəmir. O düşünür ki, hərbi yolla qələbə qazana bilər, mən isə belə hesab etmirəm”, – deyə Kelloq vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

İsveçdə zooparkdan qaçan şimpanzeləri güllələdilər – FOTO/VİDEO

redaktor

Piknik edən ailə qorxulu anlar yaşadı: ayı yeməklərini yedi – ANBAAN VİDEO

redaktor

Ermənistan İran rejimini dəstəklədi – Qətnamənin əleyhinə səs verdi

redaktor