DünyaSiyasət

SEPAH İsrail və ABŞ-a xəbərdarlıq edib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail və ABŞ-yə İrana qarşı hər hansı yeni təcavüz həyata keçirəcəkləri halda, “qətiyyətli, əzici və peşmanlıq gətirən” cavab verəcəkləri barədə xəbərdarlıq edib.

Tacxeber.com xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında qeyd olunub.

Bildirilib ki, İsraillə 12 günlük toqquşma müdafiə qüvvələrinin “yüksək döyüş hazırlığını” sübut edib.

“Silahlı Qüvvələrin müxtəlif sahələrdə gücləndirilməsi prosesi davam etdiriləcək və düşmənin (İsrail və ABŞ nəzərdə tutulur – red.) hər hansı yeni səhvi və ya təcavüzü baş verərsə, İran İslam Respublikası ona daha öldürücü və ibrətamiz cavab verəcək”, – bəyanatda vurğulanıb.

Xatırladaq ki, cari ilin 13 iyun tarixində İsrail İranın müxtlif strateji obyektlərinə zərbələr endirib, rəsmi Tehran isə buna cavab verib. İki ölkə arasındakı gərginlik 12 gün davam edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan: Ermənilər və Azərbaycanlılar “ən yaxşı sülhməramlılar”a çevriliblər

redaktor

Ukraynanın keçmiş müdafiə naziri: Kiyev müharibəni yavaş-yavaş uduzur

redaktor

Koçaryan prezident olarkən dövlətə məxsus qiymətli əmlakları bazar qiymətindən xeyli aşağı qiymətə özünküləşdirib

admin