CəmiyyətGündəm

Rövşən Rüstəmov dəmir yollarının kassirlərini işdən çıxardı

Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov ölkənin bir çox rayonlarında bilet satışı ilə məşğul olan kassaları ləğv edib.

Tacxeber.com xəbər verir ki, Bakı və Gəncə istisna olmaqla  bütün rayonların dəmir yolu vağzallarında kassalar ləğvi nəticəsində kassirlər işdən kənarlaşdırılıb.

Saytımıza müraciət edən kassirlər  bildirib ki, Dəmir Yolları rəhbərliyinin onların başqa işə keçirilməsini də təmin etməyib.

Dəmir Yolları rəhbərliyi bu qərarını isə onunla əsaslandırıb ki, indi sərnişinlər bileti online alır.

Ancaq reallıqda isə Dəmir Yollarının internet səhifəsindən online bilet almaq olduqca çətin və bir çox hallarda mümkünsüz olur.

Sistemdə davamlı yaranan problemlər barədə dəfələrlə şikayətlər eşidilib.

Həmçinin, bölgələrdə kassaları ləğv edən qurum rəhbərliyi bəzi sərnişinlərin yaşlı olmasını və online bilet almaq bacarıqlarının olmadığını düşünməyib.(Gununsesi.İnfo)

 

Tacxeber.com

Oxşar xəbərlər

Qardaşı Zaqatalada itən turisti tapana 10 milyon VƏD ETDİ – Və şərtlərini açıqladı.

admin

“Nə qədər içi çirkinləşmiş insanlar var“ – Vüsalə

redaktor

SOS: İçməli su qıtlığı yaranır, çayların suyu iki dəfə azalıb – Professor

admin