23 C
Bakı
25 Sentyabr 2025 13:58
DünyaGündəmSiyasət

Riçard Murun MI6-dan ayrılması və ‘Səssiz Kuryer’ layihəsi bölgədə yeni mərhələnin başlanğıcıdır.

Dünyanın ən güclü siyasi kəşfiyyat xidməti hesab olunan Böyük Britaniyanın əfsanəvi MI6 (Military Intelligence) kəşfiyyat idarəsinin rəhbəri Riçard Mur özünün dediyi kimi “plaşını asıb, xəyali xəncəri qınına qoyuraraq və məşhur yaşıl qələmi” təhvil verdi. “Plaş, xəncər və yaşıl qələm” Mİ6-nın simvollarından sayılır. Mİ6-da rəsmi sənədlər yaşıl yazan qələmlə imzalanır. Rəsmi adı Hərbi Kəşfiyyat (Military Intelligence) olsa da, Mİ6 siyasi kəşfiyyat hesab olunur.

Riçard Murun 1987-ci ildən işlədiyi Mİ6-nın rəhbərliyindən ayrılışı ilə bağlı vida tədbirinin İstanbulda keçirilməsi, eləcə də verdiyi mesajlar bölgəmizin çox mühüm mərhələyə daxil olduğunun göstəricisidir.

Türkiyənin Qərblə əlaqələrinin qorunmasının əsas dəstəkçisi olan Böyük Britaniyanın bu mövqeyinin formalaşmasında Riçard Murun böyük xidməti var. Riçard Mur Türkiyə türkcəni o qədər mükəmməl bilir ki, 2016-cı ildə Türkiyənin “Hürriyyət” qəzeti onu ölkədə ilin ən nüfuzlu üç bloqçusundan biri adlandırmışdı.

Mİ6-dakı xidmətindən ayrılmasına həsr olunmuş vida tədbirində Riçard Murun səsləndirdiyi fikirlərdən ilk qənaətim ondan ibarətdir ki, Böyük Britaniyanın Rusiyanı məğlub etmək siyasəti tam gücü ilə işləyir. Riçard Murun İstanbulda təqdim etdiyi Mİ6-nın yeni layihəsi “Səssiz Kuryer” adlı məxfi məlumat platforması Putinin cinayətkar rejiminin devrilməsini sürətləndirməlidir.

Belə görünür ki, qarşıda bizi çox maraqlı tarixi hadisələr gözləyir.

 

Xaqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Süleyman Soylu FHN-nin tibb personalına təşəkkür etdi – VİDEO

redaktor

“Ölkədə ədalət sistemi mütləq suni intellektrə verilməlidir” – Aqil Layıc

admin

İdmançı Rocer Federer tennis oynamaqla 1 milyard dollar qazandı

redaktor