DünyaSiyasət

Növbəti ingilab Filippində ola bilər…

Manilada on minlərlə filippinli küçələrə çıxıb. Filippinin paytaxtında son illərin ən böyük etiraz aksiyası olan “Trilyon Peso Yürüşü” keçirilib. Əksəriyyəti tələbələr və fəallardan ibarət 80 mindən çox insan hökuməti dağıdıcı daşqınlarla mübarizə üçün ayrılan vəsaiti mənimsəməkdə ittiham edib.

Kütlə təkər yandırıb, daş və butulka atıb, hökumət binalarını dağıdıb. 40-a yaxın polis əməkdaşı yaralanıb, 17 nəfər saxlanılıb.

“The Guardian” yazır ki, büdcədən 17,6 milyard dollar oğurlanmış ola bilər. Məmurların dəbdəbəli evlərinin görüntüləri sosial şəbəkələrdə yayılır. Maliyyə naziri əvvəllər etiraf edib ki, korrupsiya infrastruktur fondlarının 70%-ə qədərini “yeyir”. İnsanlar məmurların əmlakının açıqlanmasını tələb edir və hökumət susmaqda davam edərsə, yeni etirazlar vəd edirlər.

Dadaş Əhmədli

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Melaniya Trampın Putinə məktubu süni intellektlə bağlı şübhələri artırır

redaktor

“Putinsiz İstanbul danışıqları mənasızdır” – Zelenskinin ofisi

redaktor

Erməni ordusu artıq daş atır — VİDEO

redaktor