16 C
Bakı
26 Sentyabr 2025 03:24
CəmiyyətTarix

Niyə məhz İmam Hüseyn?

“Aşura imamların qətl edildiyi gün deyil, imamlardan birinin öldürüldüyü gündür. Niyə məhz İmam Hüseyn? Çünki İmam Hüseynin xanımı Şahrubani Sasani İmperiyasının sonuncu hökmdarı lll Yezdəgirdin qızı olub. İmam Hüseynin xanımı fars olduğuna görə, həmin xanımından dünyaya gələn övladlar həm imam sayılıb, həm də seyid sayılıb. Amma İmam Həsənin nəslindən gələnlər seyid sayılmır, şərif sayılır. Sonuncu peyğəmbərimiz olan Məhəmməd peyğəmbərdən əvvəl Yəhya, Zəkəriyyə peyğəmbərimiz də müxtəlif formalarda əziyyətlə qətlə yetirilib və Quranda da bu haqda məlumat verilib. Amma Məhəmməd (s.s) peyğəmbər həmin günlərlə bağlı heç bir əzadarlıq təşkil etməyib. Əzadarlığın heç bir dini əsası yoxdur və düzgün deyil”.

Elşad Miri – ilahiyyatçı.

“İmam Hüseyn fars Sasani kralı Yəzdigərdin qızı Şəhrəbanının əri idi. Ərəb Xilafətinə məğlub olmuş farslar (Sasani Dövləti) Şüubiyyə ideologiyası uğrunda mübarizə aparırdılar. Şüubiyyəlik zərbə aldığına görə, farslar dərhal bu olaydan Aşura mərasimləri düzəldərək məğlub olmuş farsı ərəb qarşısında diri tutdular.

Ey türk, bu olayda, tarixi hadisələrdə sənin yerin haradadır? Bu olayların sizə heç bir aidiyyatı yoxdur axı. Nə İslamda, nə şəriətdə aşura mərasimi anlayışı yoxdur. Aşura İslamda fikir ayrılıqlarının, siyasi qarşıdurmaların nəticəsində meydana çıxmış bir siyasi hadisədir dini mərasim deyil. İslam dinində bu mərasimi yerinə yetirmək məcburiyyəti yoxdur. Aşura-fars ritualıdır və fars dövləti olmuş Sasanilərin Ərəb Xilafəti tərəfindən məğlub edilməsinə İmam Hüseyn üzərindən ağlayışdır.

Aşurada Hüseynə ağlaşma qurmaq Türkün öz türklüyünü unutması üçündür. Biz türklər Midiya dövlətimizdəki Qaumatanın, Göytürk dövlətimizin sərkərdəsi Gül Tiginin, Gürşadın, Oğuzların Xaqanı Alp Ər Tonqanın ölümlərinin Türk millətinin tarixində, milli inkişafında yaratdığı boşluğu dərk etsəydik, bir dəfə də oturub onlara, heç olmasa Ənvər Paşaya, Sarıqamışda şəhid olmuş 100 min şəhidimizə, Xocalıya ağlayardıq”.

Bəziləri bütə sitayiş edəndə, kərtənkələ yeyib, dəvə sidiyi içəndə, qız uşaqlarını diri-diri torpağa basdıranda, diri qalan qızları da adam hesab etməyib nömrələyəndə, hökmdarları da daxil özləri öz bacılarıyla evlənəndə biz türklərdə yad qadına pis gözlə baxmaq qadağan idi. Onlar bu həyat tərzi ilə yaşayanda türklər imperiyalar qurur, qadına dəyər verib abidə ucaldırdı.

Dünya tarixçilərinin fikrinə görə Ərəb Xilafəti dağılandan sonra islam lokal din kimi qalacaqdı, islamı dünyaya yayıb möhkəmləndirən türklərin qurduğu ucsuz-bucaqsız imperiyalar olub .

Yasəmən Qaraqoyunlu, fəlsəfə doktoru, tarixçi.

Qurban Vahidov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

QALMAQALLI filmə görə aktyorların bığları qırxıldı.

admin

Ordumuz yaxın günlərdə əməliyyat keçirə bilər

admin

İcra başçısı kimi 15 ildən çox stajı olan məmurlar – SİYAHI

admin