8 C
Bakı
09 Fevral 2026 12:10
CəmiyyətDünya

Moskvalılara “işləmək istəməyən” deyən çeçen biznesmen HƏBS EDİLDİ – FOTO

Moskva məhkəməsi çeçen biznesmen İslam A.-nı 15 sutka həbs edib.

Tacxeber.comxəbər verir ki, bu barədə BAZA Telegram kanalı yazıb.

O, yayımladığı videoda moskvalıları “işləmək istəməyən, ancaq kef axtaran” kimi təqdim edib, Mərkəzi Asiyalı miqrantların yerinə Qafqazdan – UFC və MMA döyüşçülərinin gətirilməsini təklif edib.

“İndi onlar sizi daşıyacaq, siz isə sürücülərə hörmətlə yanaşmalı olacaqsınız”, – deyib.

Prokurorluq bunu “nifrət və düşmənçilik yaratmaq” kimi qiymətləndirib. Biznesmen isə bunu zarafatla dediyini, kimisə təhqir etmək niyyəti olmadığını bildirib.

Qeyd edək ki, sentyabrda Moskvada və vilayətdə miqrasiya qaydaları sərtləşdirilib, miqrantlar yeni “Amina” tətbiqi ilə izlənir.

Tacxeber.com

Oxşar xəbərlər

Özbəklər Almaniya yolunda

admin

Moskva başda olmaqla Rusiyanın hava limanlarında xaos hökm sürür.

admin

Mağazaların onlayn fırıldağı: İndi də bu yola əl atırlar

admin